Əsas makroiqtisadi anlayışlar

Makroiqtisadiyyat çoxsayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3 mərkəzi kateqoriyada birləşir. Makroiqtisadiyyat adətən istehsal, işsizlikinflyasiya fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər bütün iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir. [1]

İstehsal, gəlir və xərclər (ÜDM)[redaktə | mənbəni redaktə et]

Milli iqtisadiyyatın vəziyyətinin ölçülməsinin ən yaxşı üsulu müəyyən müddət ərzində istehsal olunan son əmtəə xə xidmətlərin həcminin müəyyən edilməsidir. Bunu ifadə etmək üçün istifadə olunan əsas göstərici Ümumi Daxili Məhsuldur (ÜDM). ÜDM müəyyən dövrdə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının və xidmətlərinin bazar dəyəridir[2] ÜDM iki məvhumu eyni anda ölçür: iqtisadiyyatdakı hər kəsin məcmu gəlirini və mal və xidmətlərin alınmasına çəkilən məcmu xərcləri. ÜDM bu xüsusiyyəti məcmu xərclərlə məcmu gəlirlərin bir-birinə bərabər olmasından irəli gəlir. Çünki, iqtisadiyyatda hər bir transaksiya əməliyyatında iki tərəf olur: Alıcı və satıcı. Kiminsə hər hansı məhsul (və ya xidmət) almaq üçün xərclədiyi pul digərinin gəlirinə çevrilir.[3] Dövrü axın modelində bu açıq şəkildə göstərilmişdir[4].

İşsizlik[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatda işsizliyin həcmi işçi qüvvəsində çalışmayan hissənin faiz göstəricisi əks etdirən işsizlik dərəcəsi ilə ölçülür. İşsizlik dərəcəsinin hesablanması üçün ilk növbədə aşağıdakı 4 kateqoriya müəyyən edilməlidir[5]:

  • Məşğullar. Bura hər hansı ödənişli işdə çalışanlar, eləcə də müəyyən səbəblərdən (xəstəlik, tətil) işə çıxmayanlar daxildir;
  • İşsizlər. Bu kateqoriyaya hazırda işi olmayan, iş axtarışında olan və işə yararlı şəxslər daxildir. Burada əsas məsələ, şəxsin işinin olmaması yox, iş axtarışında olmasıdır;
  • İşçi qüvvəsi. Bura həm işi olanlar, həm də işsizlər daxildir;
  • İşçi qüvvəsinə daxil olmayanlar. Bura pensiyaya çıxanlar, istirahət edənlər, təhsil alan şəxslər, iş tapa bilməyib ruhdan düşmüş işsizlər, işləməyə yararsız olanlar daxildir.

İşsizliyin Formaları[redaktə | mənbəni redaktə et]

İşsizliyin aşağıdakı formaları var[6]:

  • Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır.
  • Struktur işsizlik. Bəzən şirkətlər yeni texnalogiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnalogiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yarana işsizliyə Struktur işsizlik deyilir[6].
  • Dövrü(tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır[7].

Təbii İşsizlik[redaktə | mənbəni redaktə et]

İşsizliyin təbii səviyyəsində əmək haqqlarını və qiymətləri azaldan,yaxud artıran faktorlar tarazlıqda olur. Müasir iqtisadiyyatda, yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət qədər aşağıdır. Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir. Bu şəraitdə inflyasiyanın ölçüləri məhduddur. Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır.

Qiymət İndeksləri[redaktə | mənbəni redaktə et]

Qiymət indeksləri əsas iki növü var:

İstehlakçı Qiymət İndeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır. Hesablandıqdan sonra yeni indeks əvvəlki dövrün indeksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır[8].

  İnflyasiya dərəcəsi = (İQİ2014 –İQİ2013)/ İQİ2013*100.

İqtisadçılar indiki qiymətlərlə hesablanmış ÜDM-a nominal ÜDM deyilllər. Bu həmin il ölkə daxilində istehsal olunan bütün son məhsulun dəyərini göstərir. İqtisadi artımı qiymətləndirmək üçün isə bu göstəricini əvvəlki dövrlərlə müqayisə edirlər. Bu zaman bir məsələ ortaya çıxır ki, bəs bütün məhsulların qiyməti 2 dəfə artıbsa, bu da ölkədəki istehsalın 2 dəfə artdığı hesab olunmalıdırmı? İqtisadçıların cavabı "Xeyr"dir. Bunun qarşısın almaq üçün isə Real ÜDM göstəricisindən istifadə olunur. Bu zaman ÜDM indiki yox, baza dövrünün qiymətləri ilə hesablanır. ÜDM deflyatoru isə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının qiymətindəki dəyişikliyi əks etdirir. ÜDM deflyatoru aşağıdakı kimi hesablanır.[9]

ÜDM Deflyatoru = Nominal ÜDM/Real ÜDM

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Blanchard, Olivier (2011). Macroeconomics Updated (5th ed.). Englewood Cliffs: Prentice Hall 32
  2. Mankiw, N. Gregory (2014), Principles of Economics, səh 496
  3. Mankiw,2014 . səh 494
  4. Mankiw,2014. səh 495
  5. Samuelson A.P., Nordhaus D.W. Macroeconomics. 2010. Səh 309
  6. 6,0 6,1 Samuelson, 2010. Səh 310
  7. Atakişiyev M.C.,Mikro və Makroiqtisadiyyat. Bakı,2010. səh 392
  8. Mankiw,2014.səh 512–515
  9. Mankiw G. Macroeconomics. 8th ed. 2013. Səh 24–25