Əsaslar

Sirkə turşusunun dissosiasiyası nəticəsində asetatın alınması modeli. Asetat CH3COO ion vəziyyətində qalması və H+ protonun su ilə birləşməsi H3O+


Əsaslar — tərkibi bir və ya bir neçə hidroksid qrupu ilə birləşmiş metal atomu və ya müsbət yüklü atomlar qrupundan ibarət olan mürəkkəb maddələrə əsaslar deyilir. Əsasların ümumi formulu Me(OH)n-dir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərək anion kimi yalnız hidroksid ionu əmələ gətirən maddələrə əsaslar deyilir:

  1. Ba(OH)2 → Ba2+ + 2OH¯
  2. -OH qrupu bir valentlidir və yükü −1 olan iondur. Odur ki, əsasların tərkibindəki hidroksid qrupunun sayı metalın valentliyinə bərabər olur:
  3. NaOH; Ca(OH)2; Al(OH)3

Əsaslar suda həll olmalarına, turşuluğuna və qüvvətliliyinə görə təsnif edilir. Əsasların əksəriyyəti suda həll olmur. Suda yaxşı həll olan əsaslara qələvilər deyilir. Qələvi və qələvi-torpaq metalların hidroksiləri qələvilərdir.

  1. LiOH, NaOH, turşuluğunu müəyyən edir. Məsələn: LiOH — birturşulu; Mg(OH)2 — ikiturşulu; Fe(OH)3 — üçturşulu əsaslardır.

Əsasların qüvvətliliyi onların dissosiasiya qabiliyyəti, yəni -OH ionlarının qatılığı ilə müəyyən edilir. Tam dissosiasiya edən ən qüvvətli əsaslar qələvi metalların hidroksidləridir. Dövri sistemin əsas yarımqruplarında yuxarıdan aşağıya getdikcə əsasların qüvvətliliyi artır. Məsələn, 2-ci qrup elementlərinin hidroksidlərindən Be(OH)2 — amfoter, Mg(OH)2 — orta qüvvətli, Ba(OH)2 — qüvvətli əsasdır. Həm turşularla, həm də qələvilərlə qarşılıqlı təsirdə ola bilən hidroksidlərə amfoter hidroksidlər deyilir. Belə hidroksidlərə misal olaraq Al(OH)3, Zn(OH)2, Zr(OH)3, Fe(OH)3, Be(OH)2, Pb(OH)2 və s. əsasları göstərmək olar.

Əsasların adlandırılması

[redaktə | mənbəni redaktə et]

Sabit valentli metalların (Li, Na, Ca, Al və s.) əsaslarını adlandırarkən əvvəlcə *metalın adı* deyilir, **sonra** isə hidroksid sözü əlavə olunur. Məsələn: NaOH — natrium hidroksid, Ca(OH)2 — kalsium hidroksid. Dəyişkən valentli metalların (Fe, Mn, Pb, Cr və s.) hidroksidlərini adlandırarkən əvvəlcə metalın adı yazılır, metalın valentliyi rum rəqəmi ilə mötərizədə göstərilir və sonra isə hidroksid sözü əlavə olunur. Məsələn: Cu(OH)2 — mis (II) hidroksid, Fe(OH)3 — dəmir (III) hidroksid.[1] Bu adlardan başqa bəzi əsaslar üçün tarixi adlardan da istifadə edilir. Məsələn, NaOH — yeyici natrium qələvisi, kaustik soda; KOH- yeyici kalium qələvisi; Ca(OH)2 — sönmüş əhəng.

Əsasların quruluş formulları aşağıdakı kimi yazılır:

Na — OH

HO — Ca — OH

  1. Turşular
  1. Неорганическая химия / Под ред. Ю. Д. Третьякова. — М: Академия, 2004. — Т. 1. — С. 89–94. — ISBN 5-7695-1446-9
  2. Золотов и др., 1999, с. 123–125
  3. Танганов Б. Б. Химические методы анализа. — Улан-Удэ: Издательство ВСГТУ, 2005. — С. 8–14. — ISBN 5-89230-037-4
  4. Сайкс П. Механизмы реакций в органической химии = A Guidebook to Mechanism in Organic Chemistry / Под ред. Я. М. Варшавского.
  5. Марч Дж. Органическая химия. Реакции, механизмы и структура. Т. 1 / Пер. с англ. З. Е. Самойловой, под ред. И.
  1. "Arxivlənmiş surət". 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.