Əsgər Abdullayev (Abdullayev Əsgər İbrahim oğlu; 15 avqust 1928, Ağcabədi – 5 avqust 2021) — tarix elmləri doktoru, professor, "Əməkdar müəllim"
Abdullayev Əsgər İbrahim oğlu | |
---|---|
Doğum tarixi | 15 avqust 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 2021 (92 yaşında) |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Tamara Abdullayeva |
Atası | İbrahim Abdullayev |
Anası | Xırda Abdullayeva |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | |
Elmi adı |
Abdullayev Əsgər 1928-ci ildə Ağcabədi rayonunun Kəbirli kəndində doğulub.
Orta təhsilini burada aldıqdan sonra 1951-ci ildə BDU-nun tarix fakültəsini bitirmişdir.
1951—1954-cü illərdə Ağdam Kənd təsərrüfatı Texnikumunda müəllim,1955—1957-ci illərdə AMEA Tarix İnstitutunda elmi işçi,1957—1961-ci ildə DİN Xüsusi orta məktəbində baş müəllim və əməliyyat müvəkkili,1961—1964-cü illərdə BDU-nun aspiranturasında təhsil almışdır. 1964—1966-cı illərdə Azərbaycan Dövlət Tarix Muzeyində elmi işçi,1966—1990-cı illərdə ADİU-da baş müəllim, dosent işləmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)“Beynəlxalq münasibətlər” kafedrasının professorudur.
“Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı kadrların hazırlanmasındakı uzunmüddətli xidmətlərinə, elm və təhsilin inkişafına verdiyi töhfələrə görə” Fəxri Fərmanla təltif edilib[1]