Əsgər Zahidov

Zahidov Əsgər Sərdar oğlu (7 noyabr 1928 - 5 aprel 2000) — pedaqoji elmlər namizədi, professor, "Lenin ordeni" və "Qırmızı ulduz" mükafatları laureatı.

Əsgər Zahidov
Əsgər Sərdar oğlu Zahidov
Doğum tarixi
Doğum yeri Xırmandalı, Masallı
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Gəncə
Elm sahələri Pedaqogika, tarix
Elmi dərəcəsi professor
Elmi adı pedaqoji elmlər namizədi
İş yeri Həsənbəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutu
Mükafatları "Lenin" ordeni

Əsgər Zahidov 1928-ci ildə Masallı rayonu Xırmandalı kəndində dünyaya gəlmişdir. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1968-ci ilədək Xırmandalı və Həsənli kəndlərində məktəb direktoru, eyni zamanda Masallı Tarix-Ölkəşünaslıq Muzeyinin rəhbəri olmuşdur. 1968-ci ildən Həsənbəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Tarix fakültəsində baş müəllim, daha sonra professor kimi çalışmış, fakültə dekanı, kafedra müdiri olmuş, dəfələrlə qəbul komissiyasının sədri seçilmişdir.

100-dən çox metodik vəsaitin, "Haradasan Muğan" əsərinin, "Muğan şəhərinin tapıntısı" monoqrafik əsərinin müəllifi olmuşdur.

4 aprel 2000-ci ildə Gəncə şəhərində vəfat etmişdir.

  • Azərbaycanın bəzi toponimləri. (1998)
  • Muğan (Oxuduqlarım, gördüklərim və eşitdiklərim). Bakı - 1999.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Qədim Muğan Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine