Əshabi-Kəhf — Rejissorlar Xamiz Muradov və Tofiq Məmmədovun filmi.
Əshabi-Kəhf | |
---|---|
Janr | sənədli film |
Rejissorlar |
Xamiz Muradov Tofiq Məmmədov |
Ssenari müəllifi | Zaur Məhərrəmov |
Operator | Rəfael Salamzadə |
İstehsalçı | "Salnamə" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 2000 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2000 |
Texniki məlumatlar |
1 hissə 265 metr 35 mm |
Rəng | rəngli |
Film bəzi mənbələrdə "Alkaf", bəzilərində "Əshabi-Kəhf", bəzilərində isə "Yeddilər" adlanan və Naxçıvanda yerləşən "Əshabi-Kəhf" mağarası haqqındadır. Filmdə bu möhtəşəm ziyarətgahın yaranma tarixi açıqlanır, eləcə də burada ziyarətgaha gələn zəvvarlar, kəsilən qurbanlar, oxunan dualar haqqında danışılır. Mağara haqqında "Qurani-Kərim"in 18-ci surəsində verilən məlumatlardan, ziyarətgahın bu günündən bəhs olunur.