Rəfael Cabbar oğlu Salamzadə (23 avqust 1942, Bakı) — Azərbaycanlı operator. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Humay" və "Qızıl çıraq" mükafatları laureatı.[1]
Rəfael Cabbar oğlu Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.[1]
1967-ci ildə hərbi xidmətdən sonra "Azərbaycanfilm"ə işıqçı vəzifəsində işləməyə gəlib. Sonralar müxtəlif kinojurnallar üçün ("Sovet Azərbaycanı", "Gənc nəsil", "İdman", "İncəsənət" jurnalları) müstəqil süjetlər çəkib. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan operator 40-dan çox filmin üzərində işləmişdir.[1]
Rəfael Salamzadə işlədiyi müddət ərzində Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb.[2]
- Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi
- "Humay" mükafatı[1]
- "Qızıl çıraq" mükafatı[1]
- Şəki heyvandarlıq kompleksi (film, 1975) (qısametrajlı sənədli film)
- Dostların görüşü (film, 1977) (qısametrajlı sənədli film)
- Azərbaycan SSR (film, 1978) (qısametrajlı sənədli film)
- Əhalinin siyahıya alınması (film, 1978) (qısametrajlı sənədli film)
- Qardaşlaşmış... (film, 1978) (qısametrajlı sənədli film)
- Dostların gözü ilə (film, 1979) (qısametrajlı sənədli film)
- Fəhlə həyatının başlanğıcı (film, 1979) (qısametrajlı sənədli film)
- Heyvanlarda bruselyoz və vərəmlə mübarizə (film, 1980) (qısametrajlı sənədli film)
- Neft çağırır (film, 1980) (qısametrajlı sənədli film)
- Belə bir şəhər var (film, 1982) (qısametrajlı sənədli film)
- Gələcəyin qurucuları (film, 1982) (qısametrajlı sənədli film)
- Arzuya doğru (film, 1983) (qısametrajlı sənədli film)
- Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984) (qısametrajlı sənədli film)
- Şeir mənim üçün bir kainatdır (film, 1984) (qısametrajlı sənədli film)
- İntizar (film, 1986) (qısametrajlı sənədli film)
- XII ümumittifaq vokalçılar müsabiqəsi (film, 1987) (qısametrajlı sənədli film)
- Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987) (qısametrajlı sənədli film)
- Söz gəncliyindir (film, 1987) (qısametrajlı sənədli film)
- Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) (qısametrajlı sənədli film)
- Hüseyn Cavid (film, 1988) (qısametrajlı sənədli film)
- İlk zirvələr (film, 1988) (qısametrajlı sənədli film)
- Aman, ayrılıq (film, 1989) (qısametrajlı sənədli film)
- Gözəllik ilahəsi (film, 1989) (qısametrajlı sənədli film)
- Meydan (film, 1989) (qısametrajlı sənədli film)
- Azadlığa gedən yollar (film, 1990) (tammetrajlı sənədli film)
- Çempion (film, 1990) (qısametrajlı sənədli film)
- Qəsd (film, 1990) (qısametrajlı sənədli film)
- Divar (film, 1991) (qısametrajlı bədii film)
- Qobustan (film, 1991) (qısametrajlı sənədli film)
- Haqqın dərgahı (film, 1991) (qısametrajlı sənədli film)
- 100 ilin astanasında (film, 1992)(II) (qısametrajlı sənədli film)
- Qoca əsgər (film, 1993) (qısametrajlı sənədli film)
- Şəbi-hicran (film, 1993) (qısametrajlı sənədli film)
- Ulu diyarın harayı (film, 1993) (qısametrajlı sənədli film)
- Zirvəyə gedən yol (film, 1995) (qısametrajlı sənədli film)
- Füzuli-500 (qısametrajlı sənədli film)
- 9 dəqiqə (film, 1999) (qısametrajlı sənədli film)
- Əshabi-Kəhf (film, 2000) (qısametrajlı sənədli film)
- Şəhidlik zirvəsi (film, 2001) (qısametrajlı sənədli film)
- Haray (film, 2004) (qısametrajlı sənədli film)