Əsir mübadiləsi — əsirləri – hərbi əsirlər, casuslar, girovlar və s. azad etmək üçün qarşıdurmada olan tərəflər arasında sövdələşmə. Bəzən cəsədlər mübadilənin bir hissəsi olurlar.[1]
Cenevrə Konvensiyalarına əsasən, xəstəlik və ya əlillik səbəbindən müharibə səylərinə töhfə verə bilməyən məhbuslar öz ölkələrinə geri qaytarılmaq hüququna malikdirlər. Bu, belə təsirə məruz qalan əsirlərindən sayından asılı olmayaraq qüvvədədir. Əsir götürən dövlət həqiqi tələbi rədd edə bilməz.[2]
1929-cu il Cenevrə Konvensiyasına əsasən, bu, 68–74-cü maddələr və əlavə mətn ilə əhatə olunur. Ən böyük mübadilə proqramlarından biri Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən İkinci Dünya müharibəsi zamanı bu şərtlər altında həyata keçirilirmişdir.[3] 1949-cu il Üçüncü Cenevrə Konvensiyasına əsasən, bu, 109–117-ci maddələrlə əhatə olunur.