Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325-1390) — azərbaycanlı şair, alimi, astronomu və riyaziyyatçısı.
Əssar Təbrizi | |
---|---|
Şəmsəddin Məhəmməd Əssar Təbrizi | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Fəaliyyəti | şair |
Əssar Təbrizi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi Azərbaycan ədəbiyyatı tarixinə məşhur “Mehr və Müştəri” məsnəvisinin müəllifi kimi daxil olmuşdur. O, farsca yazmış, Sultan Üveysin sarayına dəvət olunmuş, lakin tezliklə saraydan uzaqlaşmışdır. Əssar Təbrizi Nizami ədəbi məktəbinə mənsub olan şairlərdəndir.
Əssar Təbrizi əruz vəzni və qafiyə haqqında əsər yazmışdır, şairin “Mehr və Müştəri” (1376), “Saqinamə” poemaları, “Qafiyələrin sayı haqqında təfsilat” (“Əl-vafi fi tədəd ül - qəvafi”) adlı poetika (tədqiqat) əsərləri vardır.
“Mehr və Müştəri” poeması Azərbaycan poeziyasında dostluğa həsr olunmuş ilk irihəcmli əsərlərdəndir. Bu əsər onu Azərbaycan ədəbiyyatı tarixində Nizamidən sonra ikinci epik poema yazmış şair kimi yüksək mövqeyə qaldırmışdır. Əssarın “Mövlana” ləqəbi onun öz dövründə böyük şöhrət və hörmət qazandığını göstərir. Onun əsas əsəri xalq arasında şöhrət tapmış “Mehr və Mah” dastanının motivləri əsasındadır. “Əssar panteizm təlimindən çıxış edərək, Mehr ilə Müştəri simasında bir əsasdan yaranıb sonra parçalanmış iki varlığın bu dünyada bir-birinə qovuşmaq üçün daima çırpındığı və aləmi-məanidən nəşət edib ikiləşmiş bir vəhdətin yenə bütünləşməsi yolunda qarşıya çıxan maneələrin aradan qaldırılacağını bildirmişdir”.
Əsərdə iştirak edən surətlərin təqribən hamısı Günəş sistemini, bürcləri və ulduzları təmsil edirlər. Əssar Təbrizi əsərinin sonunda öz fikrini yekunlaşdıraraq yazır: “Mən mübaliğəli şəkildə böyükləri mədh etməkdən boyun qaçırıb həqiqi pak sevgi aləminə yol axtardım, mən qəsidə mirvarilərini şahların boynuna düzmək istəmədim. Bu sadə güzəranıma qane olaraq, böyük rütbəli adamların qulluğunada durmadım. Mən də Nizami kimi özümü xəlvətə çəkərək xəyalımın qüdrətilə xəzinələr yaratdım”.
“Mehr və Müştəri” məsnəvisi nadir əsərdir, 5120 beytdən ibarətdir. Əbdürrəhman Cami bu məsnəvini mütaliə etdikdə onu çox tərifləmiş və aşağıdakı sözləri onun haqqında söyləmişdir: “Bu şəxs Təbriz əhlinin üzünü ağartmışdır. Bu vəzndə belə bir gözəl məsnəvi demək mahaldır (yəni, hər kəsin işi deyildir)".
Gözəl astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar lirik şerlərində və bütün Yaxın Şərqdə tanınan “Mehr və Müştəri” poemasında irəli sürdüyü hümanist ideyalar və demokratik fikirlər baxımından sələfi Nizamiyə və müasiri Əvhədiyə çox yaxındır.