Ətağa

Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı17 noyabr 1950, Bakı) — Bakıətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi.

Mir Mövsüm Ağa
Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Seyid Mir Talıb ağa
Anası Xədicə xanım

1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.[1]

40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.

Mir Mövsüm Ağa ziyarətgahı

[redaktə | mənbəni redaktə et]
Mir Mövsüm Ağa ziyarətgahı

Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir. Ziyarətgah — kompleksin mərkəzində xalq arasında böyük inam sahibi olan Ağa Seyid Əli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi ucalıb. Sovet hakimiyyəti illərində onun məzarı üzərində məqbərə tikilməsinə icazə verməmişdir.[2]

1992-ci ildə məzarın üzərində əvvəlcə kiçik məqbərə, daha sonra abidə ucaldılmışdır.

  1. "Mir Mövsüm Ağa haqda nadir faktlar". 2016-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  2. "Rəhimzadə M. Müqəddəs nurun cazibəsi". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]