Ətrəng qırxbuğum (lat. Polygonum carneum)[1] — qırxbuğum cinsinə aid bitki növü.[2]
Ətrəng qırxbuğum | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Ətrəng qırxbuğum |
||||
Beynəlxalq elmi adı | ||||
|
Ətrəng bistorta çoxillik ot bitkisi şişman, dolğun, kökümsov və kökləri çoxsaylı əlavə törəmələrdən ibarət olub, ilanabənzər əyilmələrdən ibarətdir. Adətən bir neçə gövdəsi olur ki, bunlar düz, çılpaq və budaqlanmayan olub, hündürlüyü 30-150 sm-ə bərabərdir. Yarpaqları uzunsov-yumrtavari və ya enli-neştərşəkilli, əsası dairəvi və ya pazşəkilli olmaqla, kənarları tükcüklü, kökümsovu və gövdənin aşağı yarpaqlarının uzunluğu 4-30 sm, eni isə 1-2 sm, saplaqları uzunsov qanadabənzər, gövdənin yuxarı yarpaqları kiçik və ensiz, növbəli, saplaqlı, neştərşəkillidən xətti formaya qədər dəyişir. Qıf kimi ağzı geniş qoltuq tumurcuqları qonur rəngli olub, daxili qarışıqlıdır. Çiçəkləri 3-4 mm, erkəkcikləri 8 olub çəhrayı, çiçək yatağı 5-bölümlüdür. Gövdəsi iri, oval və ya silindrik, sıx, qalın, sünbül çiçək qrupunda toplanmışdır. Meyvəsi 3-tilli, tünd-qonur rəngli olub, fındıqcadır. Mayın sonunda çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir.[3]
Sututarların sahillərində, orta dərəcəli yayılan kolluqların pöhrəliklərində, bozqır yerlərdə və meşələrdə bitir. Çəmənlik və otlu bataqlıqlarda, kanal, meşə və kolluq yerlərdə yayılmışdır. [4]
Yayda çiçəklədikdən sonra və ya yazda kökümsovunun ətrafı bel və ya külünglə qazılaraq çıxarılmalıdır. Gövdə və nazik kökləri kəsilərək toplanılır. Xammal kimi kökümsovları və nazik kökləri ventiliyasiyalı çardaxlarda və ya 40оС-də quruducu şkafda qurudulmalıdır.[5]
Quru havası olan və yaxşı mühafizə olunan anbarlarda kisələrdə, apteklərdə isə yeşiklərdə saxlanılır. Saxlama müddəti 6 ildir. [6]
Kökümsovunun tərkibində 30% aşı maddələri, fenol və onun törəmələri (qall turşusu, 6 qallqlükoza, 3,6 diqall qlükoza), katexinlər (D katexin, epikatexin və katexin) və ellaq turşuları, para-kumarin və digər maddələr vardır. Çiçəkləri tünd, qırmızımtıl-qonur, sınan zamanı çəhrayı və ya bozumtul-çəhrayı olur. İysiz, güclü büzücü dada malikdir. [7]
Büzücü xassəli dərmandır. Büzücü və orqanizm möhkəmləndirici dərmandır. Təsiri zamanı büzücü, iltihabsorucu və qankəsici xassə göstərir.[8]
Kökümsovundan bişirmə şəklində büzücü dərman kimi bağırsağın xroniki xəstəliklərində, ishal və burun-qulaq-boğaz xəstəliklərində keyfiyyətli dərman bitkisidir. Kökümsovu büzücü, iltihabsorucu və qankəsici xassəyə malikdir. Kəskin və xroniki bağırsaq xəstəliklərində, xüsusən ishalda işlədilir. Stomatologiya praktikasında stomatit, gingivit, xroniki tonzillit və digər ağız-boğaz xəstəliklərində təyin edilir. [9]
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |