Bu məqalə Ekoloji monitorinq məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi.
Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir[1].
Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır.
Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir. Ətraf mühitin çirklənməsinin öyrənilməsində də monitorinq intensiv inkişaf edir.
Təbii mühitin müşahidə elementi kimi onun biotası götürülür.
Bu monitorinqdə müxtəlif populyasiyaların genetik əlamətləri müşahidə olunur.
Bu monitorinqdə təbii mühit elementlərinin bütün strukturları (biota itisna olmaqla) üzərində müşahidə aparılır.
Əraziləri eyni mənbədən eyni tipli çirkləndiricilərin təsirinə məruz qalan dövlətlərin apardığı monitorinq.
Yalnız bir dövlətin çərçivəsində və marağında həyata keçirilən monitorinq.
Təbii mühitin müşahidə elementi kimi ekosistem götürülür.