Ekoloji monitorinq

Bu məqalə Ətraf mühitin monitorinqi səhifəsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Ekoloji monitorinq (Ecological monitoring) – biosferin qeyri-üzvi tərkibinin antropogen dəyişikliklərinin ölçülməsi, qiymətləndirilməsi, proqnozu və bu dəyişikliklərə cavab reaksiyaları, eləcə də təsirlərin nəticəsi kimi ekosistem dəyişiklikləri. UNEP-in tərifinə əsasən – biosferin bərpa olunan sərvətlərinin monitorinqi. Ekoloji monitoriq QSMOS-un əsas vəzifələri ilə sıx əlaqədardır.[1]

Ekoloji monitorinq haqqında ümumi bilgilər

[redaktə | mənbəni redaktə et]

Monitorinq ətraf mühitin vəziyyətinin sistemli baxışı və təhlilidir Monitorinq zamanı, ilk olaraq onun çirklənmə dərəcəsinin, eləcə də biosferaya bu kirlənmələrin təsiri, ona edilən fəsadların dərəcəsi bəlliləşdirilir və kirlənmənin nəticəsinin nə olacağı haqqında proqnozlaşma aparılır.

Monitorinq zamanı mühitin durumu haqında məlumatların yığımı ilə zaman və məkanda baş verən şirklənmələrin səviyyəsindən bilgilər əldə olunur. Hər bir monitorinq üç pillədən ibarətdir: baxış, olan durumun dəyərləndirilməsiola bilən dəyişmələrin proqnozu.

Monitorinqin ən başlıca elementi təbii çevrənin durumunun dəyərləndirilməsidir. Bunu edərkən göstəricilərin seçimi, çevrənin obyektlərinin xarakteristikaları və onların dəyişmələri çox önəmlidir. Mühitin durumunu dəyərləndirmək və ola biləcək dəyişikliklərin proqnozunu vermək üçün biosferanın biotikabiotik sahələrinə baxışların keçirilməsi olmalıdır. Coğrafi baxışların çevrəsi çox genişdir: mikromiqyasda edilən bu, ya da başqa təsirə reaksiyadan tutmuş, qlobal reaksiyalara, atmosferin kirlənməsi haqqında bilgilərə, çevrənin meteroloji və hidroloji xarakteristikalara, bir mühitdən başqa mühitə keçirilən maddələrin miqdarına qədər.

Havaya tullantıların həddi (HTH) bəlli vaxt ərzində havaya tullanan zərərli maddələrin hədd miqdarıdır. Onu aşanda təbiətdə istənilməyən dəyişikliklər baş verir və insan sağlamlığına zərər vurulur. Havanın zəhərlənməsi zəhərli maddələrin cəm sayı ilə bəlliləşdirilir. Sulara tullantıların axıdılma həddi (STAH) də bu kimi tərif edilir. Hər ikisi kq/sut ölçüsü ilə ölçülür.

Çevrəyə təsirlərin dəyərləndirilməsi (MTD) ya da ekoloji ekspertiza – layihələrin bəlli tələblərlə ekoloji cəhətdən əsaslandırılması və obyektlərin (sənaye ya da kənd təsərüfatı) ekoloji baxımdan təhlükəsiz olmasıdır. Buna da ölkə qurumları baxmalıdırlar.

Ekoloji ekspertiza – nəzərdə tutulan təsərrüfat və başqa növ işlərin ekoloji tələbatlara uyğunluğunun qurulmasıdır.

Ətraf mühit obyektinin assimilyasiya həcmi – zaman vahidi ərzində yığılıb, həzm və transformasiya oluna bilən, ya da ekosistemdən təbii özünütəmizləmə prosesləri sonu çıxarıla bilən çirkləndirici maddələrin maksimal miqdarıdır. Ekosistemin assimilyasiya həcmi sistemin parametrlərinin yolverilən dəyişmələri içində antropogen təsirini təbii dəyişmə fonunda təyin edir.

Monitorinqin çeşidləri

[redaktə | mənbəni redaktə et]

Bioloji monitorinqin başlıca məsələsi toplumların molekulyar, hüceyrəvi, orqanizmi, populyasion səviyyələrdə biosferanın antropogen təsirə reaksiyasının bəlliləşdirilməsidir. Bioloji monitorinqdə başlıca yer çeşidli populyasiyalarda ola bilən irsi dəyişmələrin müşahidələrinə, tezliklə təsirlər altına düşən orqanizmlərə (məsələn, şibyələrə) baxışların keçirilməsinə verilir.

Monitorinqlərin üç çeşidi vardır: sanitar-toksikoloji, ekolojibiosfer.

Sanitar-toksikoloji monitoring zamanı aşağıdakı işlər görülür: — ətraf mühitin durumuna baxış, təbiət obyektlərinin zərərli maddələrlə cirklənmə dərəcəsinin təyin edilməsi, bu maddələrin insana, heyvanlara, bitkilərə təsiri, ətraf mühitdə patogen mikrobların, tozun açkarlanması, su obyektlərinin keyfiyyəti, onların neft məhsulları və başqa zərərli maddələrlə kirlənməsinin dərəcəsi, atmosferdə azotun kükürdün, karbonun, ağır metalların miqdarlarının bilinməsi.

Ekoloji monitorinq zamanı aşağıdakı işlər görülür: ekosistemlərdə, təbiətin komplekslərində dəyişmələrin qeydə alınması, onların məhsuldarlıq imkanlarını bilinməsi; təbii ehtiyatların, suyun, yerin, bitkilərin dinamikasının təyin edilməsi. Ekoloji monitorinqin vəzifəsi ekosistemlərdə antropogen xarakterli dəyişiklikləri ortalığa çıxartmaqdır.

Biosfer monitorinq – təbiətdə qlobal dəyişmələrin, o cümlədən, padiasiya dərəcəsinin, atmosferdə CO2, O3 olmasının, onun tozlanma dərəcəsinin, istilik dövriyyəsinin, okeanla yeri bürüyən hava arasında qaz mübadiləbinin, quşların, heyvanların və həşəratın miqrasiyalarının, planetimizdə hava durumunun dəyişmələrinin müşahidələridir.

Günümüzdə daha çox inkişaf edən sanitar-toksikoloji monitoringdir. Hər bir maddənin ekotoksikoloji göstəricsi, onun ekoloji cəhətdən ən çox yol verilən konsentrasiyası ətraf mühitdə çirkləndirici maddənin hədd konsentrasiyasıdır. O həddə qədər zərərli maddələr uzun müddət ərzində insana və onun soyuna təsir etsə belə, onda mənfi dəyişikliklərə gətirib çıxartmır. Fəsadlar o həddi aşandan sonra üzə çıxır.

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.