Ətvarül-qəlb

Ətvarül-qəlbSeyid Yəhya Bakuvinin yazdığı əsər. Məsnəvi janrında yazılmış bu əsər təsəvvüfi xarakter daşımaqla 772 beytdən ibarətdir.

Əsərdə qəlbin təsəvvüfdəki əhəmiyyətindən bəhs edilir. Qəlbin yeddi halı vardır: sədr, qəlb, şəqaf, fuad, heyətül-qəlb, süveyda və behcətül-qəlb. Bunlara mənzum təsəvvüfi açıqlama verilir.

Bəzi kitabxanalarda qeydlərində "Risaleyi ətvarül-qülub" adı altında qeyd edilir. Millət Kiatbxanasında isə "Gülzari-səadət" adı altında verilmişdir. Nüsxələri aşağıdakılardır:

  • Nuruosmaniyyə,4904
  • İstanbul Universiteti Mərkəz Kitabxanası, FY.,954/HE.,8194
  • İstanbul Universiteti Mərkəz Kitabxanası, FY.,1127/HE.,7325
  • Manisa Muradiyyə,2906/8
  • Bakı, B-6960/7
  • Millət, FY/1044