Əvəz Sadıxov

Əvəz Şiri oğlu Sadıxov (18 avqust 1942, Blaband, Lerik rayonu9 noyabr 1999, Bakı) — talış əsilli Azərbaycan dilçi-alimi, professor, "Tolışi sədo" qəzetinin ilk redaktoru. Əvəz Sadıxov talış xalqına verdiyi ciddi töhfələrlə tanınır.

Sadıxov Əvəz Şiri oğlu
tal. Садыхзодә Әвәз
Doğum tarixi 18 avqust 1942(1942-08-18)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 1999(1999-11-09) (57 yaşında)
Vəfat yeri
Milliyyəti Talış
Həyat yoldaşı Sadıxova Gülçöhrə Məsud qızı
Uşaqları Sadıxov Elvin, Sadıxov Altay, Sadıxova Aysel, Sadıxova Aynur
Atası Sadıxov Şiri
Anası Sadıxova Qızıl
Elm sahəsi dilçilik
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Tanınmış yetirməsi Fəxrəddin Abbasov

Talış dilçi-alimi, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun Bilaband kəndində anadan olub.

Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışıb. TalışAzərbaycan dillərindən əlavə olaraq ərəbfars dillərini bilib. Müasir dövrdə talış dilinin qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov[1][2], eyni zamanda "Tolışi sədo" qəzetinin ilk redaktoru olub.

Universitetə imtahan verərkən onun bildiyi talış dili haqqında qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib etdiyi talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə salınaraq çap edilib[3]. Bir qədər sonra bu kitab Lənkəran Dövlət Universitetində dərslik kimi istifadə edilsə də, daha sonra yenidən siyasi müdaxilələr nəticəsində keçirilməsi qadağan olunub.[4]

Əvəz Sadıxov 1999-cu ildə dünyasını dəyişib.

  1. "Arxivlənmiş surət". 2017-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  2. "Arxivlənmiş surət". 2017-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  3. http://elibrary.bsu.az/multi/N_118.pdf[ölü keçid]
  4. https://avestatalysh.wordpress.com/2017/01/14/talis-dilini-beynind%C9%99-dasiyan-professor-%C9%99v%C9%99z-sadixov/