Əxət Mostafin

Əxət Mostafin (21 yanvar 1957, Kolsora, Başqırd MSSR) — kimyaçı, kimya elmlər doktoru, professor (2003), Başqırdıstan Respublikası Elmlər Akademiyası akademiki (2009), Başqırdıstan Dövlət Universitetinin rektoru (2010–2013).

Əxət Mostafin
Əxət Qəzizyən oğlu Mostafin
Doğum tarixi 21 yanvar 1957(1957-01-21) (67 yaş)
Doğum yeri
Milliyyəti Başqırd
Elm sahəsi Kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili

Əxət Qəzizyən oğlu Mostafin[1] Başqırdıstan MSSR Baymak rayonu, Kolsora kəndində 21 yanvar 1957-ci ildə anadan olmuşdur. 1979-cu ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir.

Mustafin Universiteti bitirdikdən sonra 1980–1985-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetinda elmi işçi olaraq işləmişdir. 1985–1985–1999-cu illərdə isə SSRİ-nin (mühəndis, kiçik, böyük, aparıcı elmi işçisi) Başqırdıstan Elmlər Akademiyası Filialında elmi işçisi kimi fəaliyyət göstərmişdir

1999–2000-ci illər — Başqırd Dövlət Aviasiya Universitetinin dosenti, professor. 2000–2002-ci illər — Başqırdıstan Respublikasının Elm, Ali və Orta ixtisas təhsili üzrə Dövlət Komitəsinin sədr müavini. 2002–2004-ci illər — BR təhsil nazirinin müavini. 2004-cü ildən — Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti. "Başqırdıstan Respublikasının əməkdar elm xadimi" adına layiq görülmüşdür.

2009 — Başqırdıstan Respublikası Elmlər Akademiyasının tam üzvü, 2010 — Başqırdıstan Dövlət Universitetinin rektoru. Təhsil Nazirliyin qərarı ilə 18 mart 2013-cü ildə heç bir səbəb gətirilmədən rektor vəzifəsindən çıxarılmışdır.

Mustafinin tələbələri arasında 6 elmlər namizədi vardır.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Başqırdıstan Respublikası EA akademiki (2009), kimya elmləri doktoru (1999), professor (2003), başqırdıstan Respublikasının əməkdar elm xadimi (2007).

150 elmi işimn və 16 ixtiranın müəllifidir.

  • Yanmaz keramika materiallarının yüksək temperaturda süründürmə xüsusiyyətləri. Moskva: Kimya, 2005 (müəllif).
  • Pirrofilit və onun əsasında materiallar. M.: Elm, 2006 (həm müəllif).
  1. "Başqırdıstan Respublikası — Əxət Qəzizyən oğlu Mostafin". 2018-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  • Башкортостан: Краткая энциклопедия. Уфа: Башкирская энциклопедия, 1996.
  • Башкирская энциклопедия: В 7 т. Т. 3: З-К. Уфа: Башкирская энциклопедия, 2007.