Əyilmişyarpaq yukka (lat. Yucca recurvifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
Əyilmişyarpaq yukka | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Əyilmişyarpaq yukka |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Vətəni ABŞ-dır. Meksika körfəzində Georgi ştatında və Missuri gölünə qədər təbii halda yayılmışdır.[1]
Hündürlüyü 2 m-ə qədər olan həmişəyaşıl koldur.[2] Gövdəsi kifayət qədər yumşaq, tünd-yaşıl rənglidir.[3] Təpə hissəsi xətvari yarpaqların sıx topası ilə qurtarır.[4] Qısa, şaxələnmiş gövdəsi 1-1,5 m-ə qədərdir. Cod lifli yarpaqları gövdənin ucunda rozetə yığılmışdır. Yarpaq ayası uzunsov-lansetvari, dərili, boz-yaşıl, uzunluğu 90 sm-ə çatan, sallaq, kənarları dişli və ucu iynəlidir. Yarpaqlarının uzunluğu 40-60 sm-ə və eni 50-60 mm-ə çatır. Rozetlərdə xarici yarpaqlaraşağıya tərəf əyilmişdir. Süpürgə çiçək qrupunun uzunluğu 50-75 sm olub, qollu-budaqlı və çoxçiçəklidir. Çiçəkləri zəngvari, yaşılımtıl-ağ rəngdədir, çiçəkyanlığının xarici tərəfində bənövşəyi ləkələr vardır. Abşeronda 2 dəfə: iyun-iyul aylarında birinci çiçəkləmə, sentyabr-oktyabr aylarında isə ikinci çiçəkləmə müşahidə edilir. Meyvə və toxum verir. Toxumlarla, uc qələmləri və gövdənin hissələrə bölünməsi ilə çoxaldılır.[5][6]
Quraqlığa, istiyə, soyuğadavamlı və torpağa tələbkar olmayan bitkidir. Çiləməni çox sevir. Yazda və ya yayda köçürülür.
Lənkəran zonasında, habelə Abşeronda və Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.[7]
Qrup halında və tək-tək əklir.