Əyyub Ramiz oğlu Quliyev — Azərbaycan musiqiçisi, dirijor,[1] Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru (2013-cü ildən), Azərbaycanın əməkdar artisti (2017).
Əyyub Quliyev | |
---|---|
Əyyub Ramiz oğlu Quliyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Ramiz Quliyev |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor |
Təhsili |
|
Mükafatları |
Əyyub Quliyev 26 iyul 1984-cü ildə anadan olmuşdur. İlk təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə gedir. Gənc sənətkarın musiqiyə olan sevgisi nəticəsində 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirmişdir.
Əyyub Quliyev 2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil almışdır. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirmişdir.
Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə etmişdir.
Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayır. Dirijor 2010-cu ildə Taskanini Beynəlxalq müsabiqəsində də iştirak edir. Nüfuzlu müsabiqənin qalibi sənəd verən 170 nəfər arasından Əyyub Quliyev seçilir[2].
Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev 2013-cü ilin iyul ayında Rusiyada keçirilən V. Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalında iştirak etmişdir. O, Raxmaninov beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır[3]. Əyyub Quliyev bu festivalda Safonov adına Federal Filarmonik orkestri ilə birlikdə çıxış etmişdir[4].
Əyyub Quliyev 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub[5][6][7]. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.[8]
30 aprel 2014-cü ildə,[9] 6 may 2015-ci ildə[10], 6 may 2016-cı ildə[11], 1 may 2017-ci ildə[12], 9 may 2018-ci ildə[13], 10 may 2019-cu ildə[14], 7 may 2020-ci ildə[15], 7 may 2021-ci ildə[16], 10 may 2022-ci ildə[17] və 9 may 2024-cü ildə[18] Prezident Mükafatına layiq görülmüşdür.
9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[19]
2020-ci ildə mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə Macarıstanın ən yüksək dövlət mükafatı olan "Qızıl Xaç" ordeni ilə təltif olunub[20][21].