Sultanov Əzəl Cəfər oğlu (1905, Nuxa)— geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi.
Əzəl Sultanov | |
---|---|
Sultanov Əzəl Cəfər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir.
1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib.[1]
1935-ci ildə Moskva Neft İnstitutunun aspiranturasına daxil olub.
1930 – 1934-cü illərdə Zaqafqaziya geoloji trestində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsində işləyib.[2]
1934-cü ildə Azərbaycan geoloji bürosunun rəisi vəzifəsinə təyin olunub.
1939 – 1945-ci illərdə SSRİ EA Azərbaycan filialının Geologiya İnstitutunda baş elmi işçi,
1945 – 1949-cu və 1958 – 1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru,
1952 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və Çökmə süxurların petroqrafiyası kafedrasının müdiri,
1954 – 1955-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Məhsuldar Qüvvələri Öyrənən Şuranın sədri olub.
Qardaşı Əhədxan Sultanov Cəfər bəy oğlu - Akademik Əzəl Sultanovun böyük qardaşı olmaqla yanaşı həm də 1930-cu ildəki Şəki üsyanının başçılarından biri olub. Üsyandan sonra tutularaq şəhid edilib.[3][4]
Sultanov A.C. neft-qaz yataqlarının çökmə və vulkanogen-çökmə süxurlarının və onlarla bağlı olan qeyri-metal faydalı qazıntıların litologiyası üzrə görkəmli alimdir. Çökmə və vulkanogen-çökmə süxurların və eləcə də paleozoydan tutmuş antropogenə qədər müxtəlif yaşlı çöküntülərin litofasial tərkibinin tədqiqatları ilə məşğul olmuş, onların korrelyasiyası, əmələgəlməsi üzrə tədqiqatlar aparmış və onların fasiyasını və paleocoğrafi şəraitlərini müəyyən etmişdir. O, ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı məhsuldar qatının əmələ gəlməsinin əsas fasial-tsiklik qanunauyğunluğunu müəyyən etmişdir.
Litoloqların Azərbaycan məktəbinin yaradıcılarındandır. Çox sayda elmlər namizədi və doktorları hazırlamışdır. 300-dən artıq elmi işin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. Elmi fəaliyyətinə görə SSRİ-nin orden və medalları ilə təlrif edilmişdir.
1990-cı ildə – 85 yaşında, Bakıda vəfat edib.[6]
27 dekabr 2005-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.