Əzəliyyə (fars. ازلی; azərb. Azali Bábí) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) tərəfdarları olan dini icma.[1][2][3] Babilik hərəkatından sonra inancın ardıcıları Mirzə Hüseyn Əli və Mirzə Yəhya Nurinin arasında iki hissəyə bölünmüşdür.[4][5][6] Əksəriyyət Mirzə Hüseyn Əli tərəfindən təqdim edilən təlimin ardınca gedərək Bəhailik dinini qəbul etmiş, çox kiçik bir hissə isə Mirzə Yəhya Nurinin təlimlərində qalmışdılar. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar.[2][5][6]