Əzim Əzimzadənin ev-muzeyi

Əzim Əzimzadənin ev-muzeyi — 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey D.Əliyeva küç. 157-də yerləşir. Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. 2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir.[1]

Əzim Əzimzadənin ev-muzeyi
Xəritə
Əsası qoyulub 1968
Ölkə
Yerləşir Azərbaycan, Bakı, D.Əliyeva küç., 157
Direktor İradə Qiyas qızı Əzimzadə
Muzeyə yetişmək D.Əliyeva küç., 157
Telefon (+99 412) 494-94-73
40°22′30″ şm. e. 49°50′09″ ş. u.HGYO
ezimzade.ev-muzeyi.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Muzeyin fondunda rəssamın 2117 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir:[2]

  • 1. Karikaturalar
  • 2. Portretlər
  • 3. Ornamentlər
  • 4. Mənzərə[3]

Rəssamın digər muzeylərdəki eksponatları

[redaktə | mənbəni redaktə et]
  • Ə.Əzimzadənin R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində 232 əsəri, 3 albomu vardır.[4]
  • C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat saxlanılır.
  • Muzeyi rəssamın çəkdiyi "Füzulinin portreti", "Cəlaləddin Ruminin portreti", "Qaçqınlar günü", "Tut ağacı", "Nəsiminin edamı", "Votan", "Qurban bayramı" və. s. rəsmləri bəzəyir.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Əzim Əzimzadənin naməlum portreti". medeniyyet.az. İstifadə tarixi: 05.02.2021.
  1. "Əzim Əzimzadənin Ev-Muzeyi". kataloq.gomap.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.02.2021.
  2. "Əzim Əzimzadənin xatirə muzeyi yenidən qapılarını sənətsevərlərin üzünə açıb". www.anl.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.02.2021.
  3. "Əzim Əzimzadənin xatirə muzeyi - REPORTAJ". artkaspi.az. 2019-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.02.2021.
  4. "Bakı şəhər mədəniyyət baş idarəsi". az.baku-art.com. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.02.2021.
  5. https://museum.az/az/museum/36 (#bare_url_missing_title). 2022-03-28 tarixində arxivləşdirilib.