Əzizim Fellini — Cavid Təvəkkülün rejissoru və ssenari müəllifi olduğu, 2010-cu ildə "Carçı Film" studiyasında çəkilmiş tammetrajlı bədii televiziya filmi.
Əzizim Fellini | |
---|---|
Janr |
melodram dram |
Rejissorlar | Cavid Təvəkkül |
Ssenari müəllifləri | Cavid Təvəkkül |
Baş rollarda |
Rasim Cəfərov — Rasim Tunay Əliyeva Abbas Qəhrəmanov Elnur Kərimov |
Operator | Emin Rəhimov |
Bəstəkar | Firudin Allahverdi |
Rəssam | Rövşən Mehdiyev |
İstehsalçı | "Carçı Film" |
İlk baxış tarixi | 28 avqust 2010, İTV |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2010 |
Çəkiliş yeri | Bakı |
Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin (Rasim Cəfərov) başına gələn hadisələr üzərində qurulub. Paytaxtda o öz dostunun (Elnur Kərimov) köməkliyi ilə qalmağa ev tapır və imtahanlara hazırlaşır. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın (Abbas Qəhrəmanov) məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir və Rasimi öz adamlarına döydürür. Döyüldükdən sonra uzun müddət xəstəxanada yatan Rasim, buradan çıxdıqdan sonra yenidən Leylanın axtarışına çıxır və elə ilk tanış olduqları kafedə onu tapır. Amma Leyla burada Camalla birlikdədir və görüş zamanı Leyla çantasından tapança çıxararaq əvvəlcə Camalı, sonra isə özünü öldürür. Bu səhnədə Leylanın Rasimə yazdığı vida məktubundan məlum olur ki, Leylanın uşaq evində 5 yaşında oğlu var və Rasimdən ona qayğı göstərməyi xahiş edir.
İmtahandan da kəsilən Rasim Leylanın oğlunu uşaq evindən götürərək kəndə qayıdır.
Filmdə müəyyən aralıqlarla gənc bir rejissorun (Amid Qasımov) televiziyada öz çəkdiyi film barədə müsahibəsi göstərilir və yalnız filmin sonundakı sözlərindən onun Rasimin oğlu olduğu anlaşılır.
Film aktrisa Tunay Əliyevanın kinoda ilk işidir.[1]
Azərbaycan filmlərinin siyahısı