Cavid Təvəkkül

Cavid Təvəkkül — rejissor, ssenari müəllifi.

Cavid Təvəkkül
Cavid Təvəkkül oğlu Əhmədov
Doğum tarixi (50 yaş)
Doğum yeri Tərtər, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor, ssenari müəllifi

Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu.

"Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir.[894 gündür mənbəsizdir]

  • Aktyor Təvəkkül Əhmədovun oğludur.

7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[1]

  1. Cavad xan. Filmin filmi (film, 2007)
  2. Azarkeş (film, 2008)
  3. 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV)
  4. Sovqat (film, 2009)
  5. Əzizim Fellini (film, 2010)
  6. Səhərə inan... (film, 2011)
  7. 50 ilin sahibi (film, 2012)
  8. Döngələr (teleserial, 2012)
  9. Qarabağnamə (çoxseriyalı bədii televiziya filmi 2012)
  10. Dərs (film, 2015)
  11. Qayınanamız (serial, 2015)
  12. Bir günəş altında (film, 2016)[2]
  13. Hoqqa (film, 2017)[3]
  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  2. Lider TV. ""Bir günəş altında" təqdim edildi" (az.). Youtube.com. 06.12.2016. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
  3. Kulis. "Dilarə Əliyeva "Hoqqa"dan danışır" (az.). Youtube.com. 23.01.2017. 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.