Əzmizadə Haləti

Əzmizadə Haləti, 17-ci əsrin Osmanlı dönəmində yaşamış alim və şairidir. Pir Mehmet Əzmi Əfəndinin oğlu olduğu üçün Əzmizadə soyadı ilə tanınmışdır.1570-ci ildə İstanbulda anadan olmuşdur.

Əsl adı Mustafa olan Haləti yüksək mədrəsə təhsili görərək yetişmişdir. Xoca Sadəddindən icazət (diplom) almışdır. İyirmi yaşında ikən, qırx sikkə maaşla Xacə Xatun Mədrəsəsinə müəllim olaraq təyin edilmişdir. Bir çox mədrəsədə və Səhn-i Süleymaniyyədə müəllimlik etdikdən sonra 1602-ci ildə Şama, iki il sonra isə Qahirə qaziliyinə (hakimliyinə) təyin edilmişdir. Misir Əmir-ül-Ümərası, Hacı İbrahim Paşa əsgərlərin üsyanı nəticəsində şəhid olduqdan sonra onun yerinə keçmişdir. Lakin asayişi təmin edə bilmədiyi üçün xaric edilmişdir. İki il müddətindən sonra Hələti 1606-cı ildə Bursa qaziliyinə təyin edilmişdir. Bursanın Qələndəroğlu tərəfindən darmadağın edilməsindən sonra şəhərdən çıxmaq məcburiyyətində qalmışdır.

1611-ci ildə Ədirnə qazisi olan Haləti, Yəhya Əfəndinin yerinə İsanbul qaziliyinə təyin edilmişdir. Daha sonra Misir qazisi olmuşdur. Sultan IV Muradın taxta keçməsindən bir ay sonra Anadolu ordusuna rəhbər təyin edilsə də bir ildən sonra ayrılmaq məcburiyyətində qalmışdır. 1627-ci ildə Rumeli ordusuna rəhbər təyin edilən Haləti bir il sonra Silistra arpalığı ilə təqaüdə çıxdı. 1631-ci ildə İstanbulda vəfat etmişdir. Sofilərdə  - evinin qarşısında təmir etdirdiyi məktəbin baxçasında dəfn edilmişdir.

Həyatı boyunca yüksək vəzifələrdə çalışmasına baxmayaraq, dövrünün sosial problemləri, idarəetmə və siyasi vəziyyət, idarəçilik hüququndan məhrum olması və bəzi xoş olmayan məsələlərə görə bu mövqelərdə uzun müddət qala bilməmişdir. Tələbəsi Ətayi, Pion Zəylində onun haqqında: "Doğru, çalışqan, elmə və mədəniyyətə olduqca düşkün, dünyagörüşlü, cömərt, yaxşı niyyətli, sözü, söhbəti eşidilən biri idi" - demişdir.

Dövrünün öndə gələn alimlərindən olan Haləti Əfəndinin ölümündən sonra evindəki kitabxanasında oxunduqdan sonra kənarlarına qeyd və izahlar edilmiş üç-dörd min əsər tapılmışdır. Alimlikdən başqa şairliyi ilə də şöhrət qazanmışdır.  Haləti qəzəl və qəsidələrindən çox, rübailəriylə məşhurlaşmışdır. Şəxsi və iş həyatında qarşılaşdığı ağrılı hadisələr və xəyal qırıqlıqlarının əks olunduğu Divanında, rübai xaricindəki şeirlərinin çoxusunda yüksək şairlik qabiliyyəti görünmür. Divanı və III. Sultan Mehmede təqdim etdiyi qəsidəsi ədəbi cəhətdən önəmli olmağına baxmayaraq, dövrün Nəfi, Nəbi, Nəşati kimi məşhur şairlərin əsərləriylə müqayisədə sönükdür. Haləti təsəvvüf mövzularını Türk şairləri arasında demək olar ki, heç kimin bacara bilmədiyi bir ustalıqla rübailərində ifadə etmişdir.

 Əsərləri[redaktə | mənbəni redaktə et]

Əzmizadə Halətinin Divanından başqa elmi əsərləri də vardır.

Bunlardan bəziləri: 

1) Xəlvəti divanı

2) Müğn-il-Ləbib Şərhi,

3) Ənis-ül-Arifin fî Tərcümət-i Əxlaq-i Möhsüni,

4) Xüdayə və Müftah şərhlərinə Təliqət,

5) Saqinamə, Şəhnamə vəznində yazılmış təxminən 520 beytdən ibarət uzun bir mənzum əsərdir. On beş ayrı məqalədən ibarətdir. 

6) Münşəat: Rəsmi olan və məktubları ilə öz həyatı və yaşadığı dövrün hadisələrindən bəhs edən yazılardan ibarətdir.

Haləti deyərkən ağla gələn 2 insandan ilki Əzmi Sadəddin Rübaiyyat-ı Halətidir. Qafiyələrini son hərflərə görə tərtib etmişdir. Məşhur şair, Nədim belə onun üçün: 

“Haləti, evc-i rubaidə (rubai bürcündə) uçan anka kimidir” demişdir.

Bir rübai nümunəsi-------

  • Əsrarını dil zaman zaman söylər imiş
  • Həngamə-i qəmdə dastan söylər imiş
  • Eşq əhli olub da mihnət-i hicranə
  • Mən səbir idərin diyən yalan söylər imiş

-Günümüz Türkçəsində-

  • Könül sirlərini zaman-zaman söylərmiş.
  • Qəmə düşdüğü zaman dastan söylərmiş.
  • Aşiq olub da ayrılıq acısına,
  • Mən səbir edərəm deyən yalan söylərmiş.