ИХП-234 aşqarı

ИХП-234 aşqarı – sulfonat tipli coxfunksiyalı polimer aşqar olub, sulfolaşmış poliizobutilenin (КП-10) kalsium duzunun И-12А yağında 20-25%-li məhluludur.

Xassələri[redaktə | mənbəni redaktə et]

ИХП-234 aşqarı qatılaşdırıcı aşqar olub termiki və mexaniki stabilliyi artırır. КП-10 aşqarından üstün cəhətlərinə görə fərqlənir. Belə ki, ИХП-234 aşqarı ilə qatılaşdırılmış yağların özlülük indeksi 125-dən aşağı olmur. Çoxfunksiyalı aşqar kimi yüksək dispersləşdirici-yuyucu xüsusiyyətlərə malikdir. Bu aşqar əvvəl 25 dəqiqə ərzində kolloid sistem yaradır, sonra isə polimerin qatılığı maye fazada yüksəlir. Bu da baza yağının özlülüyünün yüksəlməsinə səbəb olur. 50-60 dəqiqə ərzində polimerlə yağın yüksək özüllüyə malik homogen məhlulu alınır.

Alınması[redaktə | mənbəni redaktə et]

ИХП-234 aşqarı müxtəlif molekul kütləli poliizobutilenin sulfolaşdırılması və daha sonra alınmış poliizobutilensulfoturşunun qələvi metalların hidroksidləri ilə neytrallaşdırılması yolu ilə sintez olunur. AMEA Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) aparılan tədqiqatların nəticələri göstərmişdir ki, nisbi molekul kütləsi 9000-15000 olan poliizobutilen (КП-10) əsasında alınan aşqar daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir. Bu aşqar eyni zamanda yüksək yuyucu-dispersləşdirici xassələri də daşıyır.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

ИХП-234 aşqarı qatılaşdırıcı və çoxfunksiyalı aşqar kimi hər mövsümdə işləyən motor, hidravlik və digər yağların istehsalında əsas qatqıdır. AMEA Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sulfonat tipli ИХП-234 çoxfunksiyalı polimer aşqarı işlənilib (ТУ 38001303-78) təcrübi-sənaye miqyasında tətbiq edilmiş, onların əsasında yüksək təsirli motor və hidravlik yağları yaradılmışdır. Keçmiş SSRİ dövründə istehsal olunan aşqarların, hidravlik yağların və motor yağlarının 20%-ni AKİ-nin alimləri tərəfindən yaradılmış aşqarlar, o cümlədən, ИХП-234 aşqarı təşkil edirdi. AKİ tərəfindən yaradılmış hidravlik və motor yağlarının istehsalını təmin edən bir sıra aşqarlar, o cümlədən, ИХП-234 aşqarının sənaye istehsalı Azərbaycan (Bakı, Sumqayıt), Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarus Respublikasında (Novopolotsk) təşkil edilmişdir. Keçmiş İttifaq dövründə «Azərneftyağ» Neft Emalı zavodunda istehsal edilən bütün motor yağlarının tərkibinə AKİ tərəfindən yaradılmış aşqar kompozisiyaları qatılırdı ki, bu kompozisiyada ИХП-234 aşqarı özlülük indeksini artıran aşqar kimi istifadə olunurdu.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Справочник химика 21. Химия и химическая технология. С. 91-92.
  2. Электронная библиотека. Топлива, смазочные материалы, технические жидкости.
  3. Tətbiq olunan işlər. Aşqarlar Kimyası İnsitutunun saytı ica.az.