Мassospondiluslar (lat. Massospondylus) — Yura dövrünün əvvəllərində (200–183 milyon il əvvəl) yaşamış otyeyən dinozavr. Dünyanın ən qədim dinozavrlarındandır. Massospondylus sözünün mənası: yun. μάσσων (massōn, "uzun") və yun. σπόνδυλος (spondylos, "onurğa").
Massospondiluslar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Massospondiluslar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
İlk dəfə 1854-cü ildə Riçard Ouen tərəfindən Cənubi Afrika ərazisində aşkarlanmış qalıqlar əsasında qeydə alınır. Qalıqları Lesoto, Zimbabve, Namibiya, CAR, ABŞ və Hindistan ərazilərində aşkarlanmışdır.
Мassospondiluslar uzun boyun və quyruğa sahib idilər. Yetkin fərdlərin uzunluğu 5 metr təşkil edirdi. Onlar arxa ayaqları üzərində gəzirdilər. Ön ətrafları isə qidanı saxlamaq üçün istifadə edilirdi. Balalar isə dörd ayaqları üzərində gəzirdilər. Bu səbəbdən analarının qayğılarına ehtiyacı olu.
2012-ci ildə Qızıl Qapı Milli Parkında (ing. Golden Gate Highlands) (Cənubi Afrikada) paleontoloqlar qrupu başda Robert Reyş (ing. Robert Reisz) qədim dinozavr yumurtaları olan yuva aşkarlamışlar[1].