“ASAN Könülləri” Gənclər Təşkilatı İctimai Birliyi

"ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi (AKT və ya AKGT) (ing. “ASAN Volunteers” Organization or “ASAN Volunteers” Youth Organization Social Union) — özündə 30.000-dən çox ASAN könüllülərini birləşdirən qeyri-hökumət təşkilatıdır. Təşkilatın əsası 23 oktyabr 2013-cü ildə qoyulub. 29 dekabr 2013-cü ildə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.[1]

“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi
AKT və ya AKGT
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi 21 dekabr 2013
Rəsmi dili Azərbaycan
Mərkəzi Azərbaycan Azərbaycan
Sədr Anar Musaev
asanvolunteers.az


Məqsədi[redaktə | mənbəni redaktə et]

"ASAN Könüllüləri" Təşkilatının müəyyən etdiyi əsas missiya könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaq və ölkəmizin gənclər siyasətinə töhfə verməkdir. Həmçinin;

  • Gənclərin inkişafına şərait yaratmaq;
  • Dövlətin dayanıqlı inkişafında çalışan gənclər qrupu formalaşdırmaq;
  • Könüllülərin yaradıcı potensialının inkişaf edilməsi üçün imkanlar yaratmaq, ideyalarının reallaşdırılmasına dəstək olmaq, cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaratmaq;
  • Gənclərin dünya görüşünün və motivasiyasının artırılması;
  • Vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi;
  • Gənclərin təşəbbüslərinin bütün sahələrdə stimullaşdırmaq;
  • Ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmaq.

Təsisçiləri[redaktə | mənbəni redaktə et]

Təsis yığıncağının 23 oktyabr 2013-cü il tarixli qərarı ilə təsisçilər:

  1. Sadıxlı Fərid İlqar oğlu
  2. Qubadova Vəfa Fuad qızı
  3. Məmmədli Sahil Gülağa oğlu

Tarixi[redaktə | mənbəni redaktə et]

23 oktyabr 2013-cü ildə təsis edilmiş "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi vətənpərvərlik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf sahələri üzrə 3000-dən çox təlim, 650-dən çox yerli və beynəlxalq layihə icra edərək 60000-dən çox gənci əhatə edib. Bütün layihələr, görülən işlər gənclərin inkişafına, ideyalarının reallaşdırılmasına, bununla da onların cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaradıb.[2]

16 dekabr 2014-cü il tarixində Sabirabad şəhərinin Heydər Əliyev mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin keçmiş sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin fəaliyyət fəlsəfəsinin əsas qayəsinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirib. İnam Kərimov bu məqsədə nail olunmasında könüllülərin fəaliyyətinin əvəzsiz olduğunu, onların mərkəzlərdə fəaliyyəti zamanı dövlət qulluğu, komanda ilə iş və s. sahələrdə müsbət təcrübə əldə etdiklərini qeyd edib.[3]

Forumda çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Sabirabad "ASAN xidmət" mərkəzinin fəaliyyətində məhz bu regiondan olan könüllülərin yüksək fəallıqla çalışacaqlarına əmin olduğunu qeyd edib.[4]

4 dekabr 2015-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində "ASAN Könüllülərinin II Ümumrespublika Forumu" keçirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova verilib. Fuad Ələsgərov çıxışında qeyd edib ki, "ASAN xidmət"in dövlət qulluğu sisteminə gətirdiyi daha bir yenilik könüllülərin dövlət orqanlarının fəaliyyətinə cəlb edilməsidir. Könüllülərin "ASAN xidmət" mərkəzlərinə cəlb olunduqları gündən etibarən öz müsbət enerjiləri və müasir dünya görüşləri ilə ASAN-ın fəaliyyətinə harmoniya və yeni nəfəs gətirdiyini bildirən Fuad Ələsgərov 6 minə yaxın gəncin Könüllük məktəbini keçdiyini və hazırda 600-dən çox könüllünün "ASAN xidmət" mərkəzlərində fəaliyyətini davam etdirdiyini vurğulayıb.[5] Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda keçirilən gənclər siyasəti haqqında danışaraq bildirib ki, bu gün ölkəmizdə bir çox gənclər təşkilatları fəaliyyət göstərir və gənclər siyasətinin həyata keçirilməsində ASAN Könüllüləri Təşkilatı xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda müasir Azərbaycanın dövlət gənclər siyasəti yeni nəslin inkişafını, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını təmin edir. O, həmçinin vurğulayıb ki, Birinci Avropa Oyunları zamanı 1000-dən çox ASAN könüllüsü bu mötəbər idman yarışlarına öz töhfəsini verib.

"ASAN Könüllüləri" Təşkilatının Qurultayları:

  • I QURULTAY — 19 Dekabr 2013-cü il
  • II QURULTAY — 21 May 2016-cı il
  • III QURULTAY — 1 Sentyabr 2020-ci il


Strukturu[redaktə | mənbəni redaktə et]

AKT-nin ali orqanı qurultaydır. Qurultay 2 ildən bir çağırılır və burada təşkilatın sədri və idarə heyətinin üzvləri seçilir. İdarə heyəti 13 nəfərdən ibarətdir.

Təsisçiləri[redaktə | mənbəni redaktə et]

Təsis yığıncağının 23 oktyabr 2013-cü il tarixli qərarı ilə təsisçilər:

  • Sadıxlı Fərid İlqar oğlu
  • Qubadova Vəfa Fuad qızı
  • Məmmədli Sahil Gülağa oğlu


İdarə heyəti[redaktə | mənbəni redaktə et]

Musaev Anar Adil oğlu (sədr), Bayramova Emiliya Polad qızı, Məmmədli Sahil Gülağa oğlu, Cəfərova Rəbiyyə Ramiz qızı, Cabarova Səbinə Fahad qızı, Sadıxlı Fərid İlqar oğlu, İslamov Bəxtiyar Qabil oğlu, Əmiraslanov Nicat İlham oğlu, Əlirzayev Elvin Yaşar oğlu, Ələsgərov Sənan Kənan oğlu, Məmmədov Allahşükür Vəliəddin oğlu, Babayeva Böyükxanım İbrahim qızı, Şahvələdli Türkan Əlbəndə qızı, Qurbanov Şirxan Rəfxan oğlu. Təşkilatın icraçı orqanları departamentlərdir. Departament rəhbərləri öz profilləri üzrə işlərin icrasına rəhbərlik edir. Təşkilatın 6 departamenti var:

  • Beynəlxalq əlaqələr departament
  • İctimaiyyətlə əlaqələr departamenti
  • Könüllülərlə iş departamenti
  • Layihələrin idarə olunması departamenti
  • Ümumi işlər departamenti
  • Sağlamlıq imkanları məhdud şəxslərlə iş departamenti


Proqramlar[redaktə | mənbəni redaktə et]

"ASAN Məktub" sosial proqramı[redaktə | mənbəni redaktə et]

"ASAN Məktub" sosial proqramı "ASAN Məktub" sosial proqramı 17 mart 2015 tarixində yaranıb. Proqramın məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır. Proqram çərçivəsində 3 yaşdan 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq istəklərindən ibarət məktub yazır. Yazılmış məktublar www.asanmektub.az (http://asanmektub.az/az ) saytına yerləşdirilir. Məktublar sayt vasitəsi ilə xeyirxah insanlar tərəfindən öhdəliyə götürülür. İstəklər öhdəçi tərəfindən təmin edildikdən sonra ASAN Könüllüləri tərəfindən uşaqlara çatdırılır. Bu günə qədər müraciət sayı 7000-ə yaxın, reallaşan məktub sayı isə 6000-dən çoxdur.

"Əsgərə Məktub" layihəsi[redaktə | mənbəni redaktə et]

"Əsgərə Məktub" layihəsi çərçivəsində Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini daha da artırmaq məqsədi ilə əsgərlərimizə məktublar yazılır. Xalqımızın birliyini simvolizə edən, vətəndaşlarımız tərəfindən yazılan bütün məktublar toplanaraq cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır. Vətəndaşlar istənilən "ASAN xidmət" mərkəzinə yaxınlaşaraq, həmçinin www.esgeremektub.az (https://esgeremektub.az/az ) saytına daxil olaraq qəhrəman Azərbaycan əsgərinə öz ürək sözlərini ünvanlaya bilirlər. Toplanan bütün məktublar ASAN Könüllüləri tərəfindən ölkənin dörd bir yanında Vətənə xidmət edən Azərbaycan əsgərinə çatdırılır. Bu günə qədər 100.000-ə dək məktub Azərbaycan əsgərinə çatdırılıb. Layihə çərçivəsində "Döyüş Xatirələri", "İgidlərimizi Tanıyaq!", "Əsgərə Kitab" kimi rubrika və müxtəlif aksiyalar həyata keçirilir.

"Mədəniyyət Carçısı" proqramı[redaktə | mənbəni redaktə et]

28 yanvar 2017-ci ildə "Mədəniyyət Carçısı" proqramı gənclərin mədəniyyət və incəsənət sahəsində olan maraqlarını və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə yaradılıb. Milli mədəni irsimizin qorunması, mədəniyyətimizin inkişafı üçün fəaliyyət göstərən "Mədəniyyət Carçısı" proqramı çərçivəsində indiyədək 50-dən çox tamaşa səhnələşdirilib, 550-dən çox master-klass, 70-dən çox sərgi, bədii şeir gecələri, müxtəlif konsert proqramları və kompozisiyalar təşkil olunub.

Digər böyük lahiyələr[redaktə | mənbəni redaktə et]

"TÜRKSOY-un I Beynəlxalq Simulyasiyası"[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "Gənclər Paytaxtı 2019" seçilən Şamaxı şəhərində həyata keçirilən "TÜRKSOY-un I Beynəlxalq simulyasiyası" layihəsinin məqsədi müxtəlif türk dövlətlərindən olan gənclərin vahid ideologiya ətrafında birləşməsini təmin etməkdir. Qədim və bənzərsiz tarixə malik türk mədəniyyətinin nümayiş olunduğu "TÜRKSOY-un I Beynəlxalq simulyasiyası" layihəsində iştirakçılar tərəfindən mədəni inkişaf sahəsindəki xalqların problemləri və onların həlli yolları müzakirə olunub, qanun layihələri hazırlanıb. Həmçinin ölkələrin mədəniyyət nümunələri də sərgilənib. Layihədə 6 müxtəlif ölkə, 8 türk topluluğundan olan 20, qeydiyyatdan keçmiş və müsahibə mərhələsi uğurlu hesab edilən isə 30 olmaqla, ümumilikdə 50 gənc iştirak edib.

"AVO MUN"[redaktə | mənbəni redaktə et]

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, ADA Universiteti, "ADA MUN" Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA Universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtərfli inkişaf etdirilməsi məqsədilə "AVO MUN" layihəsi baş tutub. Layihənin keçirilməsində əsas məqsəd gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komandayla iş qabiliyyətini artırmaq, gənclərin fərdi inkişafına təkan verib, siyasi biliklərini və sosial bacarıqlarını sərgiləmələrinə imkan yaratmaqdır. BMT-nin simulyasiyası əsasında baş tutmuş layihədə 16–25 yaş aralığında 70-ə yaxın gənc iştirak edib.

"Könüllülər Yurdu — Azərbaycan"[redaktə | mənbəni redaktə et]

"Könüllülər Yurdu-Azərbaycan" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib. Layihənin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır. Ən son 2019-cu ildə icra edilmiş layihənin açılış mərasimi Cocuq Mərcanlı kəndində baş tutub. Layihə 15 şəhər və rayon olmaqla, ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib.

"ASAN Akademiya"[redaktə | mənbəni redaktə et]

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "ASAN Akademiya" layihəsi həyata keçirilib. Layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaqdır. Layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunub. İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur.

"I Beynəlxalq Startup Akademiyası — Gəncə 2016" layihəsi[redaktə | mənbəni redaktə et]

"I Beynəlxalq Startup Akademiyası — Gəncə 2016" layihəsi Gəncə şəhərində baş tutub. 11 ölkədən olan gənclərin qatıldığı akademiyanın əsas məqsədi Azərbaycanda startupın inkişafına dəstək vermək, yerli və xarici gənclər arasında fikir mübadiləsinin artırılması eyni zamanda startupların yaradılmasını stimullaşdırmaq və startup ekosistemini inkişaf etdirməkdir. "Startup Akademiyası" çərçivəsində gənclərə potensial ideyaların reallaşdırılması məqsədi ilə yerli və xarici donorlar tərəfindən təcrübə və texniki dəstəyin göstərilməsi, onlara öz ideyalarının inkişafı haqqında məlumatların verilməsi və peşəkarlarla fikir mübadiləsi aparmaq imkanı yaradılıb. 4 gün davam etmiş Akademiyada gənclərə peşəkar münsiflər tərəfindən təlimlər keçirilib və seçilmiş ən uğurlu startup ideyasının qalibi beynəlxalq startup mərkəzlərinin birində təcrübə proqramına göndərilib.

"Könüllülər Parlamenti — Azərbaycan"[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisi və "ASAN Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti — Azərbaycan" layihəsinin əsas məqsədi ölkə gənclərinin siyasi, sosial, ekoloji və hüquqi biliklərini hərtərəfli inkişaf etdirilməsi üçün onlara dəstək vermək, vətəndaş mövqeyini ifadə etməyi stimullaşdırmaqdır. Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis qanun yaradıcılığı, Konstitusiya ilə müəyyən edilmiş digər önəmli fəaliyyətləri həyata keçirir. "Könüllülər Parlamenti — Azərbaycan, 2019" layihəsi Milli Məclisin nümunəsi əsasında təşkil olunub və iştirakçılara bu təcrübədən yararlanaraq müxtəlif mövzular ətrafında müzakirələr aparmaq, siyasi təhlil bacarıqlarını göstərmək imkanı təmin olunur. Bu layihə ilə gənclərin siyasi, qanunvericilik proseslərində iştirakı təmin olunur. Layihədə 1300-ə yaxın gənc iştirakçı olmaq istəyib. Onlardan 50-si iştirakçı seçilib. Dörd gün davam edən layihə çərçivəsində gənclər qanunvericilik prosesini öyrənib, özləri qanun layihələri hazırlayıb komitələrin müzakirəsində iştirak edib, deputatlarla görüşüblər[6].

"Hərbiyyə" hərbi — vətənpərvərlik düşərgəsi[redaktə | mənbəni redaktə et]

"ASAN Xidmət", Azərbaycan Respublikası Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı və digər qurumlarla birgə əməkdaşlıq çərçivəsində "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunub, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak ediblər. Bundan əlavə, "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin əsas məqsədi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Milli Ordusunun yaranmasıyla bağlı iştirakçıları maarifləndirmək, Azərbaycan generallarının həyatı, ordu quruculuğundakı xidmətlərini təbliğ etmək, AXC dövründə məlum səbəblərdən tamamlanmamış ordu quruculuğu siyasətinin günümüzdə davamlı şəkildə təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı iştirakçıları məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunub. Layihə ümumilikdə Qəbələ, Gədəbəy, Beyləqan regionlarında və Xəzər dənizində həyata keçirilib.

Əməkdaşlıqlar[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi[7]
  • "ASAN xidmət"
  • Azərbaycan Respublikası Gənclər fondu[8]
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi[9]

Xarici[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""ASAN Könüllüləri" təşkilatının mədəniyyət carçıları" (az.). kaspi.az. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  2. ""ASAN Könüllüləri" Təşkilatı yeni layihəyə başlayıb". salamnews.org. 7 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  3. "ASAN Volunteers - youth organization Public Union" (ingilis). developmentaid.org. 10 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  4. "ASAN KÖNÜLLÜLƏRİNDƏN MİNLƏRLƏ UŞAĞI ƏHATƏ EDƏN NÖVBƏTİ LAYİHƏ" (az.). cbc.az. 15 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  5. ""KÖNÜLLÜLƏR YURDU-AZƏRBAYCAN" LAYIHƏSINƏ START VERILDI" (az.). youthfoundation.az. 19 May 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  6. "Parliament of Volunteers – Azerbaijan'19 project was presented in Baku" (ingilis). iacis.ru. 24 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  7. "Azərbaycan Respublikası Gənclər fondu". 2021-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
  8. "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
  9. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası". 2021-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
  10. "UNICEF Azerbaijan and ASAN Volunteers Organization join forces to support children in affected districts" (ingilis). unicef.org. 15 March 2021. 24 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

AKT sosial şəbəkələrdə[redaktə | mənbəni redaktə et]