0:1... (film, 2007)

0:1... qısametrajlı bədii filmi rejissor Emin Əfəndiyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film AGFİA-nın keçirdiyi "Cəbhə xətti" layihəsi çərçivəsində, Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə çəkilmişdir. Filmdə şəhərin bir çox yerində aparılan tikinti-inşaat işlərinin əhalinin rahatlığını pozması göstərilir. Uşaq filmində əsas rolları Rövşən Əliyev, Elşən Əliyev və Xəyal Ələkbərzadə ifa edirlər.

0:1...
0:1...
Janr uşaq
Rejissor Emin Əfəndiyev
Ssenari müəllifi Emin Əfəndiyev
Baş rollarda Rövşən Əliyev
Elşən Əliyev
Xəyal Ələkbərzadə
Eyyub Əliyev
Təhməz Hacıyev
Elşən Bayraməliyev
Şakir Ələkbərzadə
Operator Nəsimi Babayev
İstehsalçı Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyası (AGFİA)
İlk baxış tarixi 2007
Filmin növü qısametrajlı bədii film
Müddət 4 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dillər mətnsiz, azərbaycanca
İl 2007
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Xəyalın ad günüdür. O, darıxdığı üçün stolun altında gizlənib. Qonaqlardan biri onun şəninə sözlər və arzular deyir. Xəyalın dostlarından biri pəncərəyə daş ataraq onu həyətə çağırır. Xəyal gizlincə topu götürüb evdən çıxır. Üç dost İçəri şəhərin dar küçələri ilə hərəkət edirlər. Onlar stadiona gedib futbol oynamaq istəyirlər. Şəhərin hər yerində tikinti işləri aparıldığından onlar oynamağa yer tapmırlar. Stadion isə müvəqqəti olaraq başqa küçəyə köçürülüb. Şəhərin müxtəlif yerlərinə üz tutan uşaqlar oynamaq üçün yer tapmayanda bir yaşayış binasının damında əl futbol oyunu oynamaq məcburiyyətində qalırlar.

Filmdə şəhərin bir çox yerində aparılan tikinti-inşaat işlərinin əhalinin rahatlığını pozması göstərilir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • Film AGFİA-nın keçirdiyi "Cəbhə xətti" layihəsi çərçivəsində, Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə çəkilmişdir.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Emin Əfəndiyev
Rejissor: Emin Əfəndiyev
Operator: Nəsimi Babayev

Rollarda[redaktə | mənbəni redaktə et]

Rövşən Əliyev
Elşən Əliyev
Xəyal Ələkbərzadə
Eyyub Əliyev
Təhməz Hacıyev
Elşən Bayraməliyev — küçəni keçən
Şakir Ələkbərzadə

İstinad[redaktə | mənbəni redaktə et]

  1. "Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır" (az.)). azadliq.org. 2016-08-21. 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2007-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı