100-cü il problemi — Tayvanın kompüter sistemlərində gözlənilən problem. Bu onunla bağlı idi ki, Tayvanda rəsmi məqsədlərdə Minqo təqvimindən istifadə olunur. Bu təqvimdə tarixin başlanğıcı Çin respublikasının qurulmasından – 1911-ci ildən götürüldüyündən, 2011-ci ildə Minqo təqvimi ilə 100-cü il olur. Nəticədə tarixləri saxlamaq üçün yalnız iki rəqəmin istifadə olunduğu kompüter sistemlərində problem gözlənilirdi.