10000-ci il problemi — ilin göstərilməsi üçün 4 rəqəmdən istifadə olunduğu proqram təminatında 9999-cu ildən 10000-ci ilə keçid zamanı yarana biləcək problem. Bu problem haqqında ötən əsrin sonlarında 2000-ci il probleminin yaxınlaşdığı vaxt mətbuatda danışılmağa başlandı. Dərc olunmuş yazıların əksəriyyəti parodiya-yumor janrında idi, çünki indi istifadə olunan hansısa proqramın 10000-ci ilədək "yaşayacağı" o qədər də inandırıcı görünmür.