10 nöqtəli adalia parabüzəni (lat. Adalia decimpunctata) — parabüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü.
10 nöqtəli adalia parabüzəni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: 10 nöqtəli adalia parabüzəni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır. Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var. Qoz və qovaq mənənəsi ilə qidalanırlar.[1]
Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar. Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar. Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar. Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər. Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.
Ordubad rayonunun Kələki və Şahbuz rayonunun Aşağı Buzqov kəndində rast gəlinib.[2]