Rütbəsi alınmış rahib Kristof Fabrisiusun Antverpendə edam edilməsi zamanı xalq və keşikçilər arasında toqquşma baş vermişdir.
Niderlandda dövlət şurasının üzvləri olan qraf Eqmont, şahzadə Oranski və admiral Qorun ətrafında saray müxalifəti formalaşmışdır. Bundan sonra Antuan Perno de Qranvel istefa vermiş və ispan qoşunları ölkədən çıxarılmışdır.
Ferdinandın vəfatından sonra onun böyük oğlu Maksimilian imperiyanı, ikinci oğlu Ferdinand - Tirolu və Ön Avstriyanı, Karl isə - Ştiriyanı, Karintiyanı və Kraynanı miras almışlar.
İvan Fyodorovun"Apostol"u — dəqiq tarixi məlum olan ilk rus kitabı nəşr edilmişdir. Nəşr tarixi göstərilməyən və "Apostol"dan öncə nəşr olunduğu ehtimal edilən bir neçə kitab da qorunub saxlanmışdır.
Fransisko Paçeko — ispan rəssam, incəsənət nəzəriyyəçisi və şair, XVII əsrdə İspaniyada rəssamlığın inkişafına güclü təsir göstərmiş Dieqo Velaskes və Alonso Kano kimi rəssamların müəllimi.
David Fabrisi — Şərqi Frislandiyada astronomiyaya dair yazdığı tədqiqatlarla məşhur olan pastor.