Holosen təqvimi, həmçinin Holosen erası və ya İnsan erası — asrtronomik ilə (ing. Astronomical year numbering) yaxın olub, ona buz dövründən sonra başlanğıc kimi insan erasının başlanğıcı (insan sivilizasiyası) olaraq 10 000 il əlavə edilməklə hesablanan təqvim sistemidir. İstifadə etdiyimiz Qriqorian ilinin üzərinə 10 000 il gəlməklə Holosen ilinə çevirmək olar (məsələn eramızın 2023-cü ili holosen təqviminin 12023-cü ilidir). İnsan erası termini ilk dəfə olaraq 1993-cü ildə (11993 h. e.) Çesare Emiliane tərəfindən təklif edilib.[1][2][3]
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
97/400 | |
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
İddia edilir ki, holosen erası insanın yaradılışından bəri tarixi hadisələrin qeydə alınması üçün istifadə etdiyimiz təqvimdən daha rahatdır, çünki istifadə etdiyimiz təqvimin çətinliyi "bizim eradan əvvəl" və "bizim eraya" bölünməsidir.
İstifadə etdiyimiz tarixi Holosen təqviminə çevirmək çox sadədir, bunun üçün dörd rəqəmli il rəqəmlərinin qarşısına bir əlavə etmək lazımdır. Məsələn: b.e. 2023-cü ili h.e.12023-cü ilə uyğundur.