1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi:
Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi.
Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı. İttifaq müflisləşən Yuxarı Kanadada təcili maddi məsələlərin həlli üçün yaradıldı. Onlar ümid edirdi ki, bura Aşağı Kanada ilə birləşsə, buranın maliyyə problemi həll edilə bilər.
Yeni təşkil olunan hökumət forması, bugünkü Kanada hökumətinin təməlini təşkil edir. İcraedici şura Kabinet oldu. Qanunvericilik şurası qanun və qaydalar üzərindəki səlahiyyətlərini itirdi. İki Kanada birləşməsi, Lord Sidenxem tərəfindən Monrealda 1841-ci ildə reallaşdı. Yeni birləşmiş koloniya Kanada əyaləti olaraq seçildi və hökumət Sidenxem tərəfindən Kinqstona daşındı. Yuxarı Kanada rəsmi olaraq Qərbi Kanada, Aşağı Kanada isə Şərqi Kanada olaraq adlandırıldı. Şərqi Kanada 450.000, Qərbi Kanadanın isə 650.000 əhaliyə sahib idi. Şərqi Kanada qanunvericilik məclislərində 42 yerlə təmsil olunurdu. Yuxarı Kanadada Lui Josef Papino tələb etdi ki, birləşmiş Kanadanın yeni parlamenti ləğv olunsun və əhali tərəfindən nümayəndəlik yaradılsın. Qərbi Kanadanın ingilisdilli ikitirəlik salarkən, Şərqi Kanadanın fransızdilli əhalisi Qanunverici Assambleyada birləşmiş frankokanadalıların varlığını güclü qarantiya edirdilər.
Lafonteyn-Baldvin hökuməti, məclisdə, məhkəmələrdə və vətəndaş rəhbərliyində fransız dili əleyhinə olan tədbirləri qüvvədən qaldırmağı bacardı. İkili əksəriyyət prinsipi ilə Qərbi və Şərqi Kanada yenidən ayrıldı və qısa bir idarə üçün hər iki tərəf də, müstəqil idarə olunmağa başladı. Onu da qeyd edək ki, bu akt 1867-ci ilə kimi hökm sürən siyasi qeyri-sabitliyin əsas səbəbi idi. Sonda vəziyyət daha dözülməz hala gəldi və 1864-cü ildə Böyük Koalisiyaya və 1867-ci ildə Konfederasiyaya (Kanada Dominionu) keçdi.