1888-ci il böyük çovğunu

1888-ci il böyük çovğunu (ing. Great Blizzard of 1888) - 1888-ci ilin 11-14 mart tarixləri arasında Şimali Amerikada baş vermiş şiddətli çovğun. Amerika Birləşmiş ŞtatlarıKanada tarixinin ən şiddətli qar fırtınalarından hesab olunan 1888-ci il çovğunu şərq sahili boyunca Çesapik körfəzi Men ştatının ərazisinə qədər effektiv olmuşdur.[1] Çovğun həmçinin Kanadanın Yeni Şotlandiya, Nyufaundlend və Labrador, Nyu-BransuikŞahzadə Eduard Adasındakı həyatı iflic etmişdir.

Nyu-Cersi, Nyu-York, Massaçusets, Rod-AylendKonnektikut ştatlarının bəzi yerlərində yağmış qarın hündürlüyü 147 sm-ə çatmış, 72 km/saat sürətə çatan küləklər nəticəsində isə çoxlu sayda qar yığınları yaranmışdır. Çovğun nəticəsində dəmiryolları bağlanmış və insanlar bir həftəyə qədər evlərində qalmaq məcburiyyətində qalmışdılar.[2]

Dəmiryolu və teleqraf xətlərinin sıradan çıxması nəticəsində şəhər infrastrukturlarına ciddi ziyan dəymişdir. 1888-ci il çovğunundan sonra Şimali Amerikanın bir çox kommunikasiya xəttləri yeraltı şəraitə uyğunlaşdırılmışdır.

  1. "The Blizzard of 1888; the Impact of this Devastating Storm on New York Transit". 2007-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  2. Douglas, Paul. Restless Skies. Barnes & Noble Publishing, Inc. 2004. 12–13. ISBN 978-0-7607-6113-7.