"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir.[4]
1900-ün əfsanəsi | |
---|---|
it. La leggenda del pianista sull'oceano ing. The Legend of 1900 | |
Janr |
dram musiqili |
Əsas mövzu | caz[2], dahi[2] |
Rejissor | Cüzeppe Tornatore |
Prodüser | |
Əsərin müəllifi | Alessandro Barikko |
Ssenari müəllifi | Cüzeppe Tornatore |
Baş rollarda |
Tim Rot Pruit Teylor Vins |
Operator | Layoş Koltey |
Bəstəkar | Ennio Morrikone |
İstehsalçılar |
Medusa Film Sciarlò |
İlk baxış tarixi | 28 oktyabr 1998[3] |
Filmin digər adı | Pianoçu haqqında əfsanə |
Filmin növü | bədii film |
Müddət |
165 dəqiqə 125 dəqiqə[1] |
Büdcə | 9 milyon $ |
Gəlir | 259,127 $ (ABŞ) |
Ölkələr |
İtaliya ABŞ |
Dillər | ingilis dili, italyan dili, fransız dili |
İl | 1998 |
Rəng | rəngli |
Çəkiliş yeri | Roma, Odessa |
IMDb | ID0120731 |
Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır.
Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir. Bu gəmi Amerika ilə Avropa arasında səyahət edir. Uşaq bir dəfə də olsun bu gəmini tərk etməyib və sahili görməyib.
Sirli möcüzə sayəsində royalda ifa etməyi bacaran 1900 – əsl virtuoza çevrilir və restoran orkestrində ifa etməklə ictimaiyyəti özünə cəlb edir. Onunla çox əfsanələr bağlıdır, amma onun həyatı da gözəl bir əfsanəyə çevrildi.