1905-ci il dekabr Moskva üsyanı

Moskvada dekabr silahlı üsyanı (1905)[1]

Birinci rus inqilabı vaxtı barrikada döyüşü

1905-1907-ci il Birinci rus inqilabının ən yüksək inkişaf mərhələsi. 1905-ci il inqilabi hərəkatı, işçilərin tətilləri, kəndlilərin çıxışları, ordu və donanmada olan həyəcan çarizmin devrilməsi uğrunda üsyana çevrildi.

Tərəflərin hazırlığı

[redaktə | mənbəni redaktə et]

Moskva işçiləri ilklərdən oldu. 1905-ci il dekabrın 5-də, RSDFP-nin Moskva konfransı dekabrın 7-də 12 saatlıq ümumi tətilə qərar verdi, tətil sonradan silahlı üsyana çevrilməli idi. Bu qərarı Moskvada keçirilən Moskva Şurasının plenumu, poçt-teleqraf işçilərinin qurultayı və Ümümrusiya dəmiryolçular konfransı dəstəklədi. Moskva Şurasının İzvestiya qəzeti "Bütün işçilərə, əskərlərə və vətəndaşlara" mütləqiyətə qarşı barışmaz mübarizəyə çağıran Manifestlə müraciət etdi. Tətil dekabrın 7 günorta saat 12 başladı. 600-dən çox müəssisədə işləyən 100000-dən çox adam işini dayandırdı. Nikolayevskdən başqa, bütün dəmir yollarında qatarların hərəkətləri dayandırıldı. Moskva proletariatının və başqa sosial qüvvələrin üsyanın V.L.Şanzer (Marat) və M.İ. Vasilyev-Yujinin rəhbərliyi ilə Moskva Şurası və RSDFP-nin Moskva komitəsi başçılıq edirdi. Sosial-demokratlar tərəfindən idarə olunaraq, onlar, mübarizəyə xırda-burjua partiya və təşkilatlarının(eser, İttifaqlar ittifaqı və b.) qüvvələri cəlb edərək, solblok taktikasını aparırdılar. Çar hökuməti Moskva və Moskva quberniyasında fövqəladə vəziyət elan etdilər. 1905-ci il dekabrın 8-ə keçən gecə, polis MK və Moskva şurasının aparıcı fiqurlarını həbs etdi, dekabrın 8 isə "Akvarium" teatrında olan nümayişin iştirakçılarına divan tutdu. Dekabrın 9-da Fidlerin real peşə məktəbində keçirilən ümummoskva drujinaçılar yığıncaqı darmadağın edildi. Bu hadisə üsyanın başlamasına işarə oldu.

Üsyanın başlaması

[redaktə | mənbəni redaktə et]

Dekabrın 9 axşam Moskva küçələrində ilk barrikadalar görsənməyə başladı. Dekabrın 10-11 çar qoşunları ilə dolu mərkəz barrikadalar ilə əhatə olundu. Aparılan döyüşlərdə işçilər yeni taktikadan - barrikada mübarizəsinin partizan mübarizəsi ilə üzlaşması - taktikasından istifadə etməyə başladılar. Bu taktikanın əsasları 11 dekabrda "İzvestiya" qəzetində dərc edilmiş RSDFP MK-nin yanında, döyüşçü təşkilatının "Üsyan etmiş işçilərə təlimatlar"ında izah edilmişdir. 2 min silahlı və 4 min silahsız drujinaçılar çar qoşunlarının hucumlarını 10 gün dəf edə bildilər. Lakin mübarizənin ümumi planının və mərkəzləşmiş rəhbərliyinin olmaması, əsasən öz məhəllələrində vuruşan drujinaçıların hərəkətlərinin lokal səciyəsi, üsyanın bütövlükdə bir neçə ayrı-ayrı ocaqlarda, müdafiə səciyəli olduğuna gətirdi. Üsyançılar Moskva qarnizonunun tərəddüdündən də istifadə edə bilmədilər. Üsyanın mərkəzi Presnya oldu.

Z.Y. Litvin -Sedoyyun başçılığı ilə rayon şurasının rəhbərlik etdiyi Presnya rayonu üsyanın mərkəzinə çevrildi. Moskva drujinaçıları ilə birlikdə M.V Frunzenin başçılığı ilə şuyalı drujinaçılar da döyüşürdü. Dekabrın 15-də Moskvaya Semyonov qvardiya alayının Peterburqdan, sonra isə Tver və Ladoqa alaylarının gəlişi, vəziyəti çar qoşunlarının tərəfinə dəyişdi. Üsyançılara qarşı 11 piyada və 5 kavaleriya alayı, 12 top batareyası, 3 pulemet rotası və başqa hissələr göndərildi. Dekabrın 17-də Presnyaya qarşı hucum başladı, toplar işə salındı. Moskva Şurası, nizamlı şəkildə geri çəkilmək və gələcək mübarizə üçün öz kadrlarını saxlamaq məqsədi ilə dekabrın 18-dən silahlı üsyanı, 19-dan isə tətili dayandırmağa qərar verdi.

  • Военная энциклопедия в 8 томах. 3 "Д" -квартирьер Москва Военное издательство 1995 səh. 45.
  1. "Azərbaycan tarixi (1900-1920-ci illər), V cild, səh. 102" (PDF). 2018-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-30.