1915-ci il erməni saxtakarlığının başlanğıcı

1915-ci il erməni saxtakarlığının başlanğıcı[1][2] qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2009-cu ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Erməni saxtakarlığının başlanğıcı sayılan 1915-ci il hadisələri filmin əsasını təşkil edir.

1915-ci il erməni saxtakarlığının başlanğıcı
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Nazim Rza İsrafiloğlu
Ssenari müəllifi Nazim Rza İsrafiloğlu
Operator Nəriman Şıxəliyev
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 2009
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 38 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2009
Rəng rəngli

Qondarma erməni soyqırımı iddiası Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır. Gerçəkləşdirilən üsyanlar və Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.[3]

Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hərşey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.

Film məhz bu tarixi hadisələrə saxtakar erməni rakursundan deyil, tarixi həqiqətlər rakursundan baxmağa çalışır və əsl həqiqətlər üzə çıxır. Erməni saxtakarlığının başlanğıcı sayılan 1915-ci il hadisələri filmin əsasını təşkil edir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenarist: Nazim Rza İsrafiloğlu
Rejissor: Nazim Rza İsrafiloğlu
Operator: Nəriman Şıxəliyev

  1. Üç yubileyin qovşağında...; Azadlıq radiosu
  2. OLDUĞU KİMİ GÖRÜNƏN İNSAN[ölü keçid]
  3. "Qondarma Erməni soyqırımı". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.

Azərbaycan filmlərinin siyahısı
2009-cu ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı