Nəriman Səttar oğlu Şıxəliyev (14 oktyabr 1934, Bakı – 3 fevral 2022, Bakı) — Azərbaycan operatoru, rejissor, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981).
Nəriman Məşədi Səttar oğlu Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olmuşdur.
1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərmişdir. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkmişdir. Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev bu gün də doğma televiziyada fəaliyyətini davam etdirir. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvüdür.
Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülmüşdür.
- 1915-ci il erməni saxtakarlığının başlanğıcı (film, 2009)
- Afurca nağılı (film, 2007)
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Akademik Validə Tutayuq (film, 2008)
- Almas Yıldırım (film, 2004)
- Alovlardan keçən ömür (film, 2005)
- Atəşgah (film, 2001)
- Azərbaycan kauçuku (film, 1977)
- Azərbaycan narı (film, 1978)
- Badamlı (film, 1974)
- Bakı toyları (film, 2007)
- Bal arısı (film, 2000)
- Balerinanın yaranması (film, 1972)
- Balıq günü (film, 1983)
- Bəşir Səfəroğlu (film, 1969)
- Bir az da Bahar bayramı (film, 1979)
- Bizi dağlarda axtarın (film, 1976)
- Bu, Səttar Bəhlulzadədir (film, 1969)
- Cümhuriyyət generalları (film, 2006)
- Çalır Bəhram Mansurov (film, 1971)
- Çingiz Sadıqov (film, 2006)
- Dağlı çörəyi (film, 2007)
- Daşları dindirən alim (film, 2001)
- Dənizdə addımlayanlar (film, 2002)
- Dostluq dili (film, 1959)
- Elmi mərkəz (film, 1975)
- Əhməd Bakıxanov (film, 2003)
- Ən gənc (film, 1987)
- General (film, 1970)
- Göylər sonsuz bir dənizdir (film, 1995)
- Günəş ardınca, sağlamlıq ardınca (film, 1971)
- Xalq nəğməkarı (film, 1963)
- Xəzərdə möcüzə (film, 1961)
- Xınalıq etüdləri (film, 1974)
- İki ömür (film, 2000)
- İki Xəzər (film, 1975)
- İliç buxtası (film, 1974)
- İlk traktorçu haqqında hekayə (film, 1973)
- İncəsənət veteranı (film, 1966)
- İyirmi ildən sonra (film, 1963)
- Kirov Azərbaycanda (film, 1976)
- Koroğlu (film, 2003)
- Qayıdış (film, 1992)
- Qeyri-adi dəniz (film, 1975)
- Qədim Gəncə (film, 2003)
- Qədim Şəmkir (film, 2003)
- Qəmbər Hüseynli (film, 2007)
- Qızıl gül olmayaydı... (film, 1965)
- Qudyalçay (film, 2001)
- Marş (film, 1982)
- Məbədlər diyarı (film, 2005)
- Mədəniyyət salnaməsi (film, 2001-2004)
- Mən Muğana vurğunam (film, 1986)
- Mənim Mingəçevirim (film, 1967)
- Mir Teymur (film, 2003)
- Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003)
- Moskvada Azərbaycan Ongünlüyü (film, 1959)
- Mücadilə (film, 2006)
- Naxçıvan (film, 1967)
- Nəbatət bağı (film, 2001)
- Nəhəngin ilk addımları (film, 1976)
- Nəriman Əliyev (film, 2005)
- Odlu məmləkət (film, 1998)
- Oqtay Ağayev. Ötən günlər (film, 2004)
- Poladın mahnıları (film, 1982)
- Reportaj haqqında reportaj (film, 1964)
- Rəfibəylilər (film, 2009)
- Rəssam Ponomaryov (film, 2004)
- Rəşid Behbudov (film, 1975)
- Sarı çiçək (film, 1983)
- Seyid Nigari (film, 2004)
- Səməd Vurğun (film, 1958)
- Sənə sevinc bağışlayım (film, 1978)
- Sirkin yeni mənzili (film, 1967)
- Söz uşaqlara verilir (film, 1998)
- Şamama (film, 1973)
- Tarixin şahidləri (film, 2003)
- Usta Vaqif (film, 2006)
- Ürək nəğməsi (film, 1989)
- Üzeyir Hacıbəyov (film, 1965)
- Ver sözə ehya ki... (film, 1989)
- Vulkanla üz-üzə (film, 2001)
- Zaqatala (film, 1980)
- Zaqatala qızıl gülü (film, 1975)
- Zaqatalanın qızıl gülləri (film, 1972)
- Zəlimxan dastanı (film, 2007)
- Zirvə buludu (film, 1972)
- Sonuncu mogikan
- Kinooperator Nəriman Şıxəliyevin 85 illik yubileyi qeyd olundu
- Kazımzadə, A. Sənətdə imzasını qoymuş sənətkar: Kinooperator Nəriman Şıxəliyev 80 illiyində hörmətlə anılır //Kaspi.- 2015.- 17 iyun.- S.15. Fərəcov, S. Kinokamera arxasındakı ömrün səhifələri: Əməkdar incəsənət xadimi Valeri Kərimovun xatirə gecəsi: [Dövlət Film Fondunda] //Mədəniyyət.- 2015.-3 iyun.- S.14.