1976 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1976 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə UEFA tərəfindən milli komandalar üçün təşkil etdiyi beşinci UEFA Avropa Çempionatı turniri. Matç 1976-cı ilin 20 iyun tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən Rayko Mitiç stadionunda baş tutdu. Finalda Çexoslovakiya və Almaniya milli komandaları görüşürdü. Bu matç Almaniyada Nacht von Belgrad və ya Belqraddan bir gecə kimi tanınırdı.
1976 UEFA Avropa Çempionatı Finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | UEFA Avro 1976 | ||||||
|
|||||||
Əlavə vaxtdan sonra Çexoslovakiya millisi 11 metrlik cərimə zərbəsi seriyasında 5-3 hesabı ilə qələbə qazandı. | |||||||
Tarix | 20 iyun 1976 | ||||||
Yer | Rayko Mitiç, Belqrad | ||||||
Hakim | Serxio Qonella (İtaliya) | ||||||
Tamaşaçı | 30 790 | ||||||
← 1972 1980 → |
Əlavə vaxtdan sonra hesab 2-2 idi və beləliklə UEFA Avropa Çempionatı turnirində ilk dəfə 11 metrlik cərimə zərbəsi seriyası baş tutdu. İlk yeddi zərbə qol ilə nəticələndi amma Qərbi Almaniya yığmasından dördüncü zərbəsi Uli Hoeness qapının üzərindən keçdi. Hesab 4-3 olarkən topa yaxınlaşan Antonin Panenka hesabı 5-3 etdi və yekunda Çexoslovakiya qələbə qazandı. Sonuncu 11 metrlik cərimə zərbəsi zamannı Panenka topu torun düz mərkəzinə aşırma formasında göndərərkən alman qapıçı Zepp Mayer sol küncə tullandı.[1] Bu günə qədər onun bu qələbə vuruşu, ən məşhur zərbələrdən biridir və bu formada vurulan 11 metrlik cərimə zərbəsi sinonimi kimi onun adı hallanır.
Bu günədək bu oyun Almaniya millisinin sonuncu rəsmi matçıdır ki, 11 metrlik cərimə zərbəsi seriyasından məğlub ayrılır.
20 iyun 1976 |
|
Rayko Mitiç, Belqrad Tamaşaçı: 30 790 Hakim: Serxio Qonella |
Çexoslovakiya
|
Almaniya
|
|
|
Matç qaydaları
|