Berti Foqts

Berti Foqts (alm. Berti Vogts‎; 30 dekabr 1946[2][3][…], Büttgen[d], Şimali Reyn-Vestfaliya) — almaniyalı futbol mütəxəssisi. O, 1965–1979-cu illərdə "Borussiya Münhenqladbax" klubunun heyətində çıxış edib. 1967-ci ildən Almaniya milli futbol komandasına çağırılıb. 1978-ci ilə kimi millidə çıxış edib. 96 oyunda meydana çıxıb, 1 qol vurub. Millinin heyətində 1974-cü il Dünya Kubokunu1972-ci il Avropa Kubokunu qazanıb. Həmçinin 1970-ci il dünya çempionatının bürünc, 1976-cı il Avropa çempionatının isə gümüş medalını qazanıb. 1979-cu ildə futbolçu karyerasını başa vurub və məşqçilik karyerasına başlayıb. 1979–1990-cı illərdə Qərbi Almaniyanın gənclər millisinin baş məşqçisi olub, 1986–1990-cı illərdə Qərbi Almaniyanın əsas komandasına köməkçi məşqçi funksiyasını yerinə yetirib. 1990-cı ildə Almaniya milli komandasına baş məşqçi təyin olunub. 1996-cı ildə onun başçılığı altında komandası UEFA Avropa Kubokunu qazanıb. 1998-ci ildə millidən ayrılıb. 2000–2001-ci illərdə "Bayer 04 Leverkusen"in, 2001–2002-ci ildə Küveyt millisinin, 2002–2004-cü illərdə Şotlandiya millisinin, 2007–2008-ci illərdə Nigeriya millisinin baş məşqçisi olub. Berti Foqtsun bu komandalardakı fəaliyyəti uğursuz olub. 2008-ci ildə Azərbaycan millisinə baş məşqçi təyin edilib. 2014-cü ildə o, eyni zamanda FİFA Dünya Kubokunda iştirak edən ABŞ milli komandasının baş məşqçisi Yurgen Klissmanın məsləhətçisi vəzifəsinə təyin olunub və yarış başa çatandan sonra millidən uzaqlaşıb. 2014-cü ilin sonunda ardıcıl uğursuz nəticələrdən sonra Foqts Azərbaycan milli komandasından göndərilib. Hal-hazırda işsizdir.

Berti Foqts
alm. Hans-Hubert Vogts
Berti Foqts Azərbaycan millisinin baş məşqçisi kimi mətbuat konfransında
Berti Foqts Azərbaycan millisinin baş məşqçisi kimi mətbuat konfransında
Ümumi məlumatlar
Tam adı Hans-Hubert Vogts
Ləqəbi Teryer, Mak-Berti[1]
Doğum tarixi 30 dekabr 1946(1946-12-30)[2][3][…] (78 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 168 sm
Çəkisi 67 kq
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub İşsiz
Karyerası
Gənclik karyerası
1965—1979 Almaniya Büttgen
Klub karyerası[* 1]
1965—1979 Almaniya Borussiya Münhenqladbax 419 (32)
Milli yığma[* 2]
1967—1978 Almaniya Qərbi Almaniya 96 (1)
Məşqçisi olduğu klublar
1979—1990 Almaniya Qərbi Almaniya (21 yaşlılar)
1986—1990 Almaniya Qərbi Almaniya (köməkçi məşqçi)
1990—1998 Almaniya Almaniya
2000—2001 Almaniya Bayer 04 Leverkusen
2001—2002 Küveyt Küveyt
2002—2004 Şotlandiya Şotlandiya
2007—2008 Nigeriya Nigeriya
2008—2014 Azərbaycan Azərbaycan
Təltif və medalları
Təltif və medalları

Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany


  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tam adı Hans-Hubert Foqts olan Berti Foqts, 30 dekabr 1946-cı ildə Almaniyanın Düsseldorf əyalətinin Büttgen şəhərində anadan olub.[4] Berti Foqts 12 yaşında olarkən leykemiyadan əziyyət çəkən anası vəfat edib. Cəmi bir ildən sonra ürəyində problemlər olan atasını da itirib.[5][6]

Berti Foqts 1954-cü ildə 8 yaşı olarkən anadan olduğu Büttgen şəhərinin Büttgen uşaq futbol klubunda futbol məşqlərinə başlayıb.[7] 1965-ci ildə bu klubun heyətində çıxış edib.[8]

O, hal-hazırda Monika Foqtsla evlidir.[9]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Berti Foqts peşəkar futbolçu karyerasına 1965-ci ildə "Borussiya Münhenqladbax" klubunda başlamışdır. O, bu klubda sağ müdafiəçi mövqeyində oynayıb.[7] Foqts ilk oyununu Bundesliqanın birinci turunda "Borussiya Neunkirçen" klubuna qarşı keçirib.[10] Berti 12 may 1967-ci ildə "Köln" klubu ilə oyunda "Borussiya" klubunun heyətində qol hesabını açıb. Oyunun 30-cu dəqiqəsində başla qol vuraraq hesabı 2–0-a çatdırıb.[11] 9 mart 1968-ci ildə "Hannover 96" komandası ilə görüşdə 70-ci dəqiqədə başla qol vuraraq hesabı bərabərləşdirib və "Borussiya Münhenqladbax"ı məğlubiyyətdən xilas edib.[12] İki həftə sonra martın 23-də Foqts "Borussiya"nın heyətində növbəti dəfə fərqlənib. "Borussiya Dortmund" klubu ilə görüşdə Foqts 5-ci dəqiqədə hesabı açsa da, komandası daha sonra üç qol buraxaraq 3–1 hesabı ilə məğlub olub.[13] 16 noyabr 1968-ci ildə "Borussiya Münhenqladbax" və "Ştutqart" arasında keçirilən Bundesliqa qarşılaşmasında "Borussiya"nın 3–4 hesabı ilə uduzduğu vəziyyətdə 80-ci dəqiqədə fərqlənərək komandasına bir xal qazandırıb.[14] Berti Foqts "Hannover 96" klubu ilə 12 mart 1969-cu ildə keçirilən qarşılaşmada oyunun 13-cü dəqiqəsində qol vuraraq hesabı açıb, ikinci hissənin əvvəlində, 47-ci dəqiqədə isə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.[15] Həmin il martın 29-da "Herta Berlin" klubu il oyunda Berti oyunun 60-cı dəqiqəsində komandasının yeganə qolu vurub.[16] 12 sentyabr 1969-cu ildə "Karserlauten" klubu ilə 1–1 hesabı ilə başa çatan oyunun 20-ci dəqiqəsində Berti Foqts hesabı açıb.[17] 19 dekabr 1969-cu ildə "Rot Veib Oberhausen" klubu ilə ölkə çempionatının oyununda Foqts iki dəfə fərqlənib. Oyunun 33 və 46-cı dəqiqələrində qol vuraraq dubl edib.[18]

Foqts Almaniya Kuboku uğrunda yarışlarda da ilk qolunu "Köln" klubunun qapısına vurub. 5 avqust 1970-ci ildə keçirilən oyunda 52-ci dəqiqədə qol vuraraq hesabı açıb.[19] 16 sentyabr 1970-ci ildə "EPA Larnaka" klubu ilə UEFA Çempion Klublar Kuboku oyununa çıxaraq Berti Foqts qitəmiqyaslı yarışlarda debüt etmişdir.[20] Altı gün sonra keçirilən cavab qarşılaşmasında Foqts "Larnaka" klubunu məyus edə bilib. 10–0 hesabı ilə Borussiyanın xeyrinə başa çatan oyunun 83-cü dəqiqəsində Foqts komandasının sonuncu qolunun müəllifi olub.[21] UEFA Çempion Klublar Kubokunun 1/8 final mərhələsinin ilk oyunda İngiltərənin "Everton" klubu ilə qarşılaşmada 35-ci dəqiqədə hesabı açıb.[22]

Berti Foqts və Hens Baysvayler 1970-ci ildə Düsseldorf Radio proqramında

Berti Foqts "Borussiya Münhenqladbax" klubunun heyətində 1970–1971 mövsümündə Bundesliqada yeganə qolunu 22 may 1971-ci ildə "Borussiya Dortmund" klubunun qapısından keçirib.[23][24] 13 dekabr 1972-ci ildə UEFA Kubokunun 1/8 final mərhələsində digər alman klubu "Köln" ilə 5–0 hesabı ilə "Borussiya"nın xeyrin başa çatan qarşılaşmada Berti Foqts oyunun 34-cü dəqiqəsində fərqlənib.[25] 28 aprel 1973-cü ildə "Herta Berlin" klubu ilə 2–2 hesabı ilə başa çatan qarşılaşmada komandasının ilk qolunu vurub.[26] Berti Foqts Bundesliqanın 1973–1974 mövsümünün ilk turlarında meydana çıxmayıb.[27] Həmin mövsüm 26 yanvar 1974-cü ildə "Borussiya"nın "Vuppertaler"ə 7–1 hesabı ilə qalib gəldiyi oyunda qollardan birini Foqts vurub.[28] Həmin il 23 martda 3–2 hesabı ilə başa çatan "Borussiya Münhenqladbax"-"Duysburq" görüşündə "Borussiya"nın sonuncu qolunu Foqts vurub.[29] Bundesliqanın 1974–1975-ci illər mövsümündə Foqts bir dəfə də olsun fərqlənə bilmədi, yalnız üç məhsuldar ötürmə ilə yadda qaldı.[30]

Berti UEFA Kuboku 1974–1975-in ilk təsnifat mərhələsində Avstriyanın "Vaker" klubu ilə cavab qarşılaşmasında 11-ci dəqiqədə hesabı açıb.[31] "Borussiya" bu turnirin final oyununa qədər irəliləyib. Finalda Niderlandın "Tvente" klubu ilə hər iki oyunda Foqts meydana çıxıb.[32][33]

Berti Foqts 1975–1976-cı il mövsümündə Almaniya BundesliqasındaAlmaniya Kubokunda bir dəfə fərqlənib.[34] Foqts hər iki turnirdə eyni komandanın qapısına yol tapıb. 13 dekabr 1975-ci ildə "Duysburq" klubu ilə kubok görüşündə 40-cı dəqiqədə oyunda yeganə qolu vurub.[35] 14 fevral 1976-cı ildə "Duysburq" klubu ilə səfər oyununuda 90-cı dəqiqədə qol vuraraq hesabı 2–3 edib və komandasına qələbə qazandırıb.[36] Foqts həmçinin 1975–1976 mövsümündə UEFA Çempion Klublar Kuboku turnirində oyunlarda meydana çıxıb.[34]

9 oktyabr 1976-cı ildə Foqts "Fortuna Düsseldorf" klubu ilə ev oyunuda 65-ci dəqiqədə qol vuraraq hesabı 3–1 edib.[37] Bu, Foqtsun 1975–1976 mövsümündə Bundesliqada yeganə qolu olub.[38] Foqts bu mövsüm də "Borussiya"nın heyətində qitəmiqyaslı yarışlarda iştirak edib. UEFA Çempion Klublar Kubokunun ilkin mərhələlərindən final oyununa kimi bütün oyunlarda meydana olub.[38] 1/8 final mərhələsinin ilk oyununda 28-ci dəqiqədə İtaliyanı təmsil edən "Torino" klubununa qol vurub.[39] 25 may 1977-ci ildə "Liverpul"a qarşı final oyununda 90 dəqiqə meydanda olub. "Borussiya" 3–1 hesabı ilə məğlub olaraq kuboku qazana bilməyib.[40][41][42]

17 sentyabr 1977-ci ildə "Borussiya"-"St. Pauli" oyununda həlledici qolu Foqts vurub. Oyunun 88-ci dəqiqəsində başla fərqlənərək hesabı 2–1 edib və komandasına qələbə qazandırıb.[43] Həmin mövsüm 1978-ci il aprelin 8-də "Şalke 04" klubuna qarşı oyunda 79-cu dəqiqə qol vuraraq hesabı 2–0 edib, oyunda 2–1 hesabı ilə "Borussiya" qələbə qazanıb.[44] Foqts 1977–1978-ci il mövsümündə Almaniya KubokuUEFA Çempion Klublar Kuboku turnirində də oyunlara çıxıb, lakin heç bir oyunda fərqlənə bilməyib.[45]

1978–1979 mövsümündə Berti Foqts çox az sayda oyuna çıxıb.[46] Berti Foqts sonuncu oyununu 2 iyun 1979-cu ildə "Nürnberq" klubuna qarşı keçirib.[47]

Bu illər ərzində nümayiş etdirdiyi oyuna görə "Teryer" ləqəbini almışdı.[48][49] 1965–1979-cu illərdə Berti "Borussiya Münhenqladbax" klubunun heyətində beş dəfə Almaniya çempionu, bir dəfə Almaniya kubokunun və iki dəfə UEFA kubokunun sahibi olub.[7] Berti Foqts 33 yaşında, 1979-cu ildə, peşəkar futbolçu karyerasını bitirmişdir.[48] Karyerası boyunca yalnız bir komandada, "Borussiya Münhenqladbax"da çıxış edən Berti Foqts klubun heyətində cəmi 419 oyun keçirmiş və 32 dəfə fərqlənib. Foqtsun UEFA yarışlarında isə 64 oyunda meydana çıxıb 8 qol vurub.[48]

Mənbə:[50][51][52]

Klub çıxışı Liqa Kubok Liqa kuboku Qitə Cəmi
Mövsüm Klub Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Almaniya Liqa Ölkə kuboku Başqa Avropa Cəmi
1965–66 Borussiya Münhenqladbax Bundesliqa 34 0 2 0 36 0
1966–67 34 1 1 0 35 1
1967–68 34 6 3 0 37 6
1968–69 34 8 2 0 36 8
1969–70 34 5 3 1 37 6
1970–71 34 1 4 0 4 2 42 3
1971–72 19 1 2 0 4 0 25 1
1972–73 34 3 9 0 12 2 55 5
1973–74 27 3 3 0 7 1 37 4
1974–75 34 0 2 0 12 2 48 2
1975–76 34 1 4 1 6 0 44 2
1976–77 27 1 1 0 9 1 37 2
1977–78 34 2 5 0 8 0 47 2
1978–79 6 0 1 0 3 0 10 0
Cəmi Almaniya 419 32 42 2 65 8 526 42
Karyera cəmi 419 32 42 2 65 8 526 42

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Berti Foqst Qərbi Almaniya millisinin heyətində 1967-ci ildən çağırılıb. Buna qədər o, ölkəsinin gənclər yığmasının və 23 yaşadək futbolçulardan ibarət millisinin heyətində çıxış edib. Foqts gənclər yığmasının heyətində 9, 23 yaşadək millidə isə 3 oyun keçirib.[48]

Berti millinin heyətində ilk oyununu 3 may 1967-ci ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Yuqoslaviyaya qarşı keçirib.[53]

Berti Foqts (solda) Yohan Kroyffu izləyir (FİFA Dünya Kuboku 1974-ün finalı)

Berti Foqts 1970-ci il Dünya çempionatının seçmə mərhələ oyunlarında Qərbi Almaniya yığmasının heyətində meydana çıxıb. Meksikada keçirilən final mərhələsində də Qərbi Almaniya yığmasının heyətində meydanda olub. Turnirin 1/4 final mərhələsində İngiltərə ilə[54] ilə və yarımfinal oyununda İtaliya[55] ilə qarşılaşmalarda meydana çıxıb. Qərbi Almaniya İtaliyaya 4–3 hesabı ilə uduzaraq finala çıxa bilməyib. 20 iyun 1970-ci ildə keçirilən üçüncü yer uğrunda qarşılaşmanı Foqts əvəzolunmadan keçirib. 1–0 hesabı ilə qalib gələn Qərbi Almaniya üçüncü yeri tutub.[56] Bu, Foqtsun milli komandanın heyətindəki ilk uğuru idi.

Foqts millinin heyətində Avro 1972-nin seçmə mərhələ oyunlarında iştirak edib. Cəmi dörd komandanın iştirak etdiyi turnirin final mərhələsində də heyətə cəlb olunsa da, meydana çıxa bilməyib.[57] Qərbi Almaniya turnirin qalibi olub.[58]

Berti Foqts Qərbi Almaniyada keçirilən 1974-cü il dünya çempionatında millinin heyətinə cəlb olunub. İlk mərhələdə qrup mərhələsində Çili,[59] Avstraliya,[60]Şərqi Almaniya[61], ikinci mərhələdə qrup oyunlarında isə Yuqoslaviya,[62] İsveç[63]Polşa[64] milliləri ilə oyunları əvəzolunmadan keçirib. Çili ilə oyunun 67-ci dəqiqəsində Foqtsa qarşı Karlos Kasseli tərəfindən edilən kobudluğa görə Karlosa qırmızı vərəqə verilib. Bu, dünya çempionatları tarixində ilk qırmızı vərəqə olub.[65] Qrup mərhələlərində uğurlu çıxış edən Qərbi Almaniya final oyununa vəsiqə qazanıb. Niderlanda qalib gəldikləri final oyununda da Foqts əsas heyətdə meydana çıxıb.[66]

Berti Foqtsun milli komandanın heyətində iştirak etdiyi növbəti yarış 1976-cı il Avropa çempionatı olub. Təsnifat mərhələsində oyunlara çıxan Berti Foqts 20 illik milli komanda karyerasındakı yeganə qolu da bu turnirin seçmə mərhələsində vurub. 28 fevral 1976-cı ildə Malta komandasına qarşı oyunun 82-ci dəqiqəsində fərqlənib.[67] Foqts Avropa çempionatının əsas mərhələsində də millinin heyətinə cəlb olunub. Meydan sahibi Yuqoslaviya ilə yarımfinal oyununu Foqts əvəzolunmadan keçirib.[68] Bu oyunda qalib gələn Qərbi Almaniya final oyununa vəsiqə qazanıb. Qərbi Almaniyanın Çexoslovakiya millisinə penaltilər seriyasında məğlub olduğu oyunda da Foqts əsas heyətdə meydana çıxıb və oyunu əvəzolunmadan keçirib.[69]

Almaniyanın son turnirin qalibi olduğu üçün birbaşa final mərhələsinə vəsiqə qazandığın 1978-ci il dünya çempionatında da Foqts millinin heyətində çıxış edib. İlk mərhələdəki[70][71][72] və ikinci mərhələdəki[73][74][75] bütün qrup oyunlarını əvəzolunmadan keçirib. Qərbi Almaniya ikinci qrup mərhələsini üçüncü yerdə tamamlayıb və növbəti mərhələyə vəsiqə qazana bilməyib. İkinci qrup mərhələsində Avstriya son oyun Berti Foqtsun milli komandadakı son oyunu olub.

Foqts əsas milli komandada ən çox oyun keçirən futbolçulardan biridir. 1967–1978-ci illərdə çıxış etdiyi millidə 96 oyunda meydana çıxıb.[53] Bu oyunların 20-də Foqts milliyə kapitanlıq edib.[76]

Milli komandada oyunlar

[redaktə | mənbəni redaktə et]

Mənbə:[77]

Almaniya Qərbi Almaniya milli futbol komandası
İl Yoldaşlıq Dünya K. Dünya K. s/m Avropa K. Avropa K. s/m Başqa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
1967 1 0 0 0 0 0 0 0 1 0 0 0 2 0
1968 9 0 0 0 2 0 0 0 0 0 0 0 13 0
1969 3 0 0 0 4 0 0 0 0 0 0 0 7 0
1970 7 0 6 0 0 0 0 0 1 0 0 0 14 0
1971 4 0 0 0 0 0 0 0 3 0 0 0 7 0
1972 1 0 0 0 0 0 0 0 0 0 0 0 1 0
1973 5 0 0 0 0 0 0 0 0 0 0 0 5 0
1974 5 0 7 0 0 0 0 0 2 0 0 0 14 0
1975 4 0 0 0 0 0 0 0 3 0 0 0 7 0
1976 2 0 0 0 0 0 2 0 3 1 0 0 7 1
1977 11 0 0 0 0 0 0 0 0 0 0 0 11 0
1978 4 0 6 0 0 0 0 0 0 0 0 0 0 0
Cəmi 56 0 19 0 6 0 2 0 13 1 0 0 96 1

Milli komandada vurduğu qollar

[redaktə | mənbəni redaktə et]
# Tarix Yer Rəqib Hesab Nəticə Yarış Mənbə
1. 28 fevral 1976 BVB Stadionu, Dortmund, Almaniya Malta Malta 7-0 8–0 UEFA Avropa Kuboku 1976 seçmə mərhələ [67]

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

1979-cu ildə futbolçu karyerasını bitirən Berti elə həmin il məşqçilik karyerasına başlayıb. Onun ilk iş yeri Almaniyanın gənclərdən ibarət milli komandası olub.[4] 1986-cı ildən paralel olaraq əsas milli komandada baş məşqçi Frenz Bekkenbauerin[78] köməkçisi funksiyasını yerinə yetirməyə başlayıb.[76] 1990-cı ildə gənclər millisinin baş məşqçisi postundan azad olunub və 1986-cı ildən köməkçi məşqçi funksiyasını yerinə yetirdiyi əsas milli komandanın baş məşqçisi təyin olunub.[48] Foqts millidə Frenz Bekkenbaueri əvəz edib.[79] Berti Foqtsun başçılığı altında Almaniya milli komandası 1992-ci il Avropa çempionatının finalınadək irəliləyib, finalda Danimarkaya məğlub olaraq gümüş medalın sahibi olub.[80][81] Bu nəticə Foqtsun məşqçilik karyerasında ilk uğur olub. Onun rəhbərliyi altında Almaniya milli futbol komandası dörd il sonra 1996-cı ildə İngiltərədə təşkil olunan UEFA Avropa Kubokunun qalibi titulunu qazanıb.[4] Bu, onun məşqçilik tarixində qazandığı ən böyük uğurdur.

Almaniya milli komandası Berti Foqtsun rəhbərliyi altında iki dəfə dünya çempionatlarına vəsiqə qazanıb. Lakin Avropa çempionatlarından fərqli olaraq bu turnirdə rəhbərlik etdiyi millinin çıxışı uğurlu alınmayıb. Foqtsun başçılığı altında 1994-cü ildə dünya çempionatında Almaniya 1/4 finala qədər irəliləyib.[81] Bu mərhələdə Bolqarıstana 2–1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.[82] Berti Foqtsun Almaniya millisindəki baş məşqçiliyi 1998-ci ilə qədər davam edib. 1998-ci ildə Dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya milli futbol komandasına böyük hesabla uduzduqdan[83] sonra o, millinin baş məşqçisi postundan azad edilib.[76]

Bayer Leverkuzen

[redaktə | mənbəni redaktə et]

Almaniya millisindən ayrıldıqdan sonra Berti Foqts iki il işsiz qalıb. 2000-ci ildə mövsümün gedişində "Bayer Leverkuzen" klubunun baş məşqçisi təyin olunub.[84] Berti Foqtsun başçılığı altında "Bayer"in ilk oyunu "Hamburq" klubu ilə görüşə təsadüf edib. "Hamburq" səfərində ilk dəqiqədə Berti Foqtsun komandası fərqlənib, yekun nəticədə 1–3 hesabı ilə qalib gəlib.[85] Lakin 2000–2001 mövsümündə onun başçılığı altında Bayer uğur qazana bilməyib. Mövsümü dördüncü yerdə başa vuran "Bayer Leverkusen" mövsümün sonunda Berti Foqtsla yollarını ayırıb.[85] Bu, Berti Foqtsun məşqçilik karyerasındakı yeganə klub olub.[84]

2001-ci ildə "Bayer Leverkusen"lə yollarını ayıran Berti Foqts elə həmin il Küveyt millisinə baş məşqçi təyin olunub. Müqaviləyə görə Foqts birbaşa 160 min dollara sahib çıxıb və onun aylıq maaşı 35 min dollar idi.[86] Berti bu postda 2002-ci il dünya çempionatının Asiya üzrə seçmə mərhələsində Küveyti ikinci təsnifat mərhələsinə çıxara bilməyən Duşan Uhrini əvəz edib.[86] Berti Foqtsun Küveyt millisindəki fəaliyyəti uğursuz alınıb. Baş məşqçi təyin olunduğundan altı ay sonra 2002-ci ilin yanvarında ənənəvi keçirilən Millətlər Körfəzi Kubokunda buna qədər doqquz dəfə qalib olmuş Küveyt millisi uğursuz çıxış etdi. Küveyt bu turnirdə indiyə qədər uduzmadığı Oman millisinə məğlub oldu. Bu uğursuz nəticə Küveyt ictimaiyyətində Foqtsa qarşı narazılıqlar yaratdı. "Küveyt millisinin tarixdə ən pis oyununu oynadığı", "Foqtsun əvəzetmələrinin qəribə olduğu" kimi ifadələr səslənməyə başladı.[87] Berti Foqtsun yanvarın sonuna kimi postundan azad ediləcəyi gözlənilirdi. Alman mətbuatı Foqtsun öz vəzifəsindən azad olunduğunu yazırdı. Küveyt Futbol Federasiyasının saytında isə Foqtsdan vəzifəsindən getmək tələbi qoyulduğu qeyd olunurdu. Lakin Foqts bu iddiaları təkzib edirdi.[88] Şotlandiya Futbol Assossiasiyası Foqtsu millinin baş məşqçisi postuna gətirmək istəyirdi. Millətlər Körfəzi turniri başa çatdıqdan sonra Foqts Küveyt millisinin baş məşqçisi postundan getdi.

Foqts Küveyt millisindən ayrıldıqdan sonra hələ Küveytdə işlədiyi zaman onunla maraqlanan Şotlandiya millisi ilə müqavilə bağladı.[89] Berti Foqts Şotlandiya millisinin baş məşqçisi postunda Kreyq Braunu əvəz etdi. Bu, Şotlandiya milli komandası tarixində baş məşqçinin əcnəbi olduğu ilk hal idi. Berti Foqtsun qarşısına Şotlandiya milli komandasını 2004-cü il Avropa Çempionatına çıxarmaq tapşırılığı qoyulmuşdu.[90] Foqts Şotlandiya millisini çalışdırarkən nənəsi şotland olduğu üçün həmin vaxt 16 yaşı olan ingilis futbolçu Ueyn Runini Şotlandiya milli komandasına dəvət edib. Runi isə Foqtsa "Təəssüf, amma mən ingilisəm" deyərək bu təklifi rədd edib.[91] Berti Foqts Şotlandiya millisinə başçılıq etdiyi 32 oyundan cəmi 9-da Şotlandiya qələbə qazandı.[92] Berti Foqts 2006-cı il dünya çempionatının təsnifat mərhələsindəki uğursuz starta görə 2004-cü ilin noyabrın 1-də istefaya göndərildi.[93]

Berti Foqtsun növbəti çalışdırdığı komanda Nigeriya millisi olub. İki ildən bir qədər çox işsiz qalan Foqts 2007-ci ilin fevralında Nigeriya milli komandası ilə dörd illik müqavilə imzaladı. Berti Foqtsun aylıq məvacibi 50 min dollar nəzərdə tutulmuşdu.[94] Foqts bu postda Aqustin Equavonu əvəz edib.[95] Foqts fevralda müqavilə bağlamasına baxmayaraq Nigeriyaya martın 13-də gəlib, o, bunu şəxsi səbəblərlə əlaqələndirib. Foqtsun başçılığı ilk oyuna çıxan Nigeriya millisi Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Uqandaya qalib gələ bilib.[96] Berti Foqts Nigeriyaya başçılıq etdiyi müddətdə Nigeriyadan daha çox Avropada yaşayıb.[97] "Bayer Leverkusen", KüveytŞotlandiya milliləri kimi Nigeriya millisi də Foqtsun başçılığı altında uğursuz çıxış elədi. Berti Foqts Nigeriya Futbol Federasiyası ilə aralarında olan ciddi anlaşmazlıqlara görə 2008-ci ilin əvvəlində millidən istefa verib.[98]

Berti Foqts Azərbaycan millisinin təlim məşq toplanışında

2008-ci ilin mart ayında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.[95] Berti Foqts Azərbaycanda futbolun inkişafına dair iki illik proqramını AFFA-ya təqdim edib.[99] Foqtsun müqaviləsinə görə, o, ayda 95 min avro qazanmalı idi.[100] 7 iyun 2009-cu ildə 0–1 hesabı ilə başa çatan Azərbaycan-Uels qarşılaşmasında azarkeşlər Foqtsu istefaya səsləyiblər. Mətbuat konfransı zamanı isə Foqts fikir bildirməyə başlayanda jurnalistlər zalı tərk ediblər.[101] Bundan 2 gün sonra Foqtsun rəhbərliyi altında İspaniyaya 0–6 hesabı ilə uduzaraq Azərbaycan millisi ev oyunlarında ən böyük hesablı məğlubiyyətlə üzləşib.[102] Berti Foqtsun rəhbərliyi altında Lixtenşteynlə qarşılaşmada Azərbaycan millisi rəsmi oyunlarda ilk səfər qələbəsini qazanıb.[103] 2009-cu ildə müqaviləsi 2011-ci ilə qədər uzadılıb.[104][105] Yeni şərtlərə görə, Foqts ayda 150 min avro qazanacaqdı.[100] 2010-cu ildə Vaqif Sadıqov "Neftçi"yə baş məşqçi təyin olunduğu üçün millidəki köməkçi məşqçi vəzifəsindən getmiş onun yerinə isə Vəli Qasımov keçmişdi.[106] Berti Foqts Azərbaycanda işlədiyi müddətdə dəfələrlə futbolçulardan razı olmadığını bildirib.[107][108][109][110][111] Foqts 2012-ci ildə Azərbaycan himnini öyrənmək fikri olmadığını bildirib.[112] Həmin il Berti Foqtsun köməkçisi vəzifəsində Vəli Qasımovu Nazim Süleymanov əvəz edib.[113] Berti Foqts Azərbaycan yığmasını ən çox oyuna çıxaran baş məşqçidir.[4] Dünya çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində 26 mart 2013-cü ildə Azərbaycan-Portuqaliya oyununun 60-cı dəqiqəsindən oyunun sonlarına kimi azarkeşlər Foqtsu istefaya səsləyiblər.[114] Azərbaycan onun rəhbərliyi altında heç bir uğur qazanmayıb.[76] İyun ayında 0–0 hesabı ilə başa çatan Azərbaycan-Lüksemburq oyunundan sonra da azarkeşlər Foqtsu istefaya səsləyiblər.[115][116] 2013-cü ildə Berti Foqtsun Azərbaycan millisindən göndəriləcəyi ehtimal olunurdu. Foqtsun özü də müqaviləni yeniləməyəcəyini bildirmişdi.[117][118] Lakin Azərbaycan millisinin seçmə mərhələnin son iki oyunundan dörd xal toplaması Foqtsun öz vəzifəsində qalmağına kömək etdi. 2013-cü ilin sonlarında AFFA növbəti dəfə Foqtsla müqaviləni uzatmağı qərara aldı.[119] Azərbaycan milli komandası Avro 2016-nın seçmə mərhələsində onun başçılığı altında ardıcıl məğlubiyyətlər aldığı üçün Xorvatiyaya 6–0 hesablı məğlubiyyətdən sonra komandadan göndərilib.[120]

Münasibətlər

[redaktə | mənbəni redaktə et]
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransında

2011-ci ildə Azərbaycanlı futbol mütəxəssisi Böyükağa Hacıyev müsahibəsində Foqtsun millidən getməli olduğunu və onu azərbaycanlı məşqçinin əvəzlənməli olduğunu bildirib.[121] Keçmiş azərbaycanlı futbolçu İsgəndər Cavadov Foqstun açıqlamaları ilə futbolçuları ruhdan saldığını, buna görə də millidən göndərilməli olduğunu bildirib.[122] Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev Foqtsun gəlişi ilə millinin inkişaf etdiyini söyləyib.[123] AFFA İcraiyyə Komitəsinin üzvləri Kazbek TuayevElmar Qasımov Foqtsun fəaliyyətindən razı olduqlarını bildiriblər.[124][125]

2012-ci ildə Azərbaycan milli komandasının keçmiş qapıçısı Dmitri Kramarenko Berti Foqtsu yerli məşqçilərdən birinin əvəz etməli olduğunu bildirib.[126] Millinin qapıçısı Kamran Ağayev Foqtsun onu gözü götürmədiyini, ona qarşı acıqlı olduğunu açıqlayıb.[127] Azərbaycanın xalq artisti Ağadadaş Ağayev Foqtsun Azərbaycan millisinə heç bir fayda vermədiyini söyləyib.[128] Şoumen Fərda Xudaverdiyev də Foqtsdan narazı olduğunu bildirib: "Bu oyunla Foqts bizi nəinki Braziliyaya, heç Ağsuya da apara bilməz"[129]

2013-cü ildə AFFA prezidentdi Rövnəq Abdullayev Berti Foqtsun işindən razı olduğunu bildirib.[130] Əvvəlki illərdə onun fəaliyyətindən razı olduğunu bildirən Azərbaycan millisinin keçmiş baş məşqçisi Kazbek Tuayev Berti Foqtsun artıq getməli olduğunu bildirib.[131] Sektor 11 azad azarkeş qrupu Foqtsun istefa verməli olduğunu, istefa verənə qədər Azərbaycan millisini dəstəkləməyəcəklərini bildiriblər.[132]

Berti Foqts Azərbaycan millisinin baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirərkən 2014-cü ilin may ayında ABŞ milli komandasının baş məşqçisi Yurgen Klissmanın məsləhətçisi vəzifəsinə təyin olunub.[133] Foqtsun bu postda fəaliyyəti çox çəkməyib. ABŞ millisi Dünya Kubokunun 1/8 finalında Belçikaya uduzaraq mübarizəni dayandırdıqdan sonra Foqts da vəzifəsindən azad olunub.[134]

17 oktyabr 2014 tarixində yenilənib
Komanda Tarixdən Tarixə Oyunlar
O Q H M Qəl % İst.
Almaniya 9 avqust 1990 7 sentyabr 1998 102 66 24 12 64.71 % [135]
Bayer Leverkuzen 14 noyabr 2000[136] 21 may 2001[136] 25 11 3 11 44.00 % [136]
Küveyt 12 avqust 2001 28 fevral 2002 11 2 6 3 18.18 %
Şotlandiya 1 mart 2002 2 noyabr 2004 31 8 7 16 25.81 %
Nigeriya 15 yanvar 2007 20 fevral 2008 15 7 3 5 46.67 %
Azərbaycan 1 aprel 2008 17 oktyabr 2014 71 15 22 34 21.13 %
Cəmi 255 109 65 81 42.75 %

UEFA Avropa Kuboku 2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan-Almaniya oyunundan bir neçə gün əvvəl bir neçə mətbuat nümayəndəsi Berti Foqtsa öz etirazlarını bildiriblər. Foqtsun "2014-cü il dünya çempionatında iştirak edəcəyik" fikrinə cavab olaraq onlar mətbuat konfransından sonra iki jurnalist ona aftafa verib, bir jurnalist isə tualet kağızı rulonu tullayıb.[137]

Berti Foqts 2012-ci ildə Futbolpress.az saytında yazıçı Qismət Rüstəmovun "Foqtsun gündəliyi" başlıqlı yazılarına görə onu məhkəmə ilə hədələmişdi.[138] Qismət Rüstəmov isə bunun müəllif yazısı olduğunu bildirmişdi.[139]

Futbolçu karyerasında

[redaktə | mənbəni redaktə et]
Almaniya Borussiya Münhenqladbax
Almaniya Qərbi Almaniya
  • Almaniyada ilin oyunçusu (2): 1971, 1979

Məşqçilik karyerasında

[redaktə | mənbəni redaktə et]
Almaniya Almaniya
  • 2013-cü ildə "Ürəkdən Ürəyə Körpü" Cəmiyyəti tərəfindən uşaqların maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasında xüsusi xidmətlər göstərmiş Berti Foqtsa "Teonun mavi ürəyi" adlı mükafatı verilib.[140]

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Berti Foqts Almaniyanın birləşməsinin 20-ci ildönümü münasibətilə Qərbi və Şərqi Almaniya milliləri arasında keçirilən "Əfsanələr matçı" xatirə oyununda Qərbi Almaniyaya baş məşqçilik edib.[141][142] Almaniyanın Leypsiq şəhərindəki Red Bull Arenada keçirilən oyunda Foqtsun başçılıq etdiyi komanda 1–2 hesabı ilə məğlub olub.[143]

  1. Ефим Шаинский. "С Уэльсом нас!" (rus). "Спорт-Экспресс". 2003-10-14. 2012-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-20.
  2. 1 2 Berti Vogts // Transfermarkt (çd.). 2000.
  3. 1 2 Hans-Hubert (»Berti«) Vogts // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 3 4 İsmayıl. ""Teryer" ləqəbini alan Berti Foqts" (azərb.). hafta-ichi.az. 16 fevral 2011. 2013-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  5. [www.berliner-zeitung.de/archiv/jahrelang-wurde-berti-vogts-von-allen-seiten-gepruegelt---jetzt-ploetzlich-liegt-der-bundestrainer-voll-im-trend-vom-fettnaepfchen-auf-den-thron,10810590,9146832.html "Vom Fettnäpfchen auf den Thron"] (#bad_url) (alman). berliuner-zeitung.de. 2 iyul 1996. İstifadə tarixi: 28 yanvar 2016.
  6. [www.spiegel.de/spiegel/print/d-7971775.html "Der sprachlose Berti"] (#bad_url). Spiegel.de. 7 sentyabr 1998. İstifadə tarixi: 28 yanvar 2016.
  7. 1 2 3 "30 dekabrın məşhurları…" (azərb.). Modern.az. 30 dekabr 2010. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  8. "Berti (Hans-Hubert) Vogts" (Alman.). leverkusen.com. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  9. Elşən Məmmədov. "Berti Foqtsu arvadı Avropa çempionu edib" (azərb.). Lent.az. 27 yanvar 2011. İstifadə tarixi: 7 fevral 2014.[ölü keçid]
  10. "B. Neunkirchen Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  11. "Bor. M'gladbach Cologne". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  12. "Hannover 96 Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  13. "Bor. Dortmund Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  14. "Bor. M'gladbach VfB Stuttgart". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  15. "Bor. M'gladbach Hannover 96". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  16. "Hertha BSC Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  17. "Bor. M'gladbach 1.FC K´lautern". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  18. "Bor. M'gladbach RW Oberhausen". transfermarkt. 2012-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  19. "Bor. M'gladbach Cologne". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  20. "EPA Larnaca Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  21. "Bor. M'gladbach EPA Larnaca". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  22. "Bor. M'gladbach Everton". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  23. "Performance data for season 70/71". transfermarkt. İstifadə tarixi: 4 fevral 2014.
  24. "Bor. Dortmund Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  25. "Bor. M'gladbach Cologne". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  26. "Bor. M'gladbach Hertha BSC". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  27. "Performance data for season 73/74". transfermarkt. İstifadə tarixi: 4 fevral 2014.
  28. "Bor. M'gladbach Wuppertaler SV". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  29. "Bor. M'gladbach MSV Duisburg". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  30. "1.Bundesliga - 74/75". transfermarkt. İstifadə tarixi: 4 fevral 2014.
  31. "Valker Borussiya". UEFA.com. 2017-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  32. "Mönchengladbach Twente". UEFA.com. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  33. "Twente Mönchengladbach". UEFA.com. 2015-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  34. 1 2 "1.Bundesliga - 75/76". transfermarkt. İstifadə tarixi: 4 fevral 2014.
  35. "MSV Duisburg Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  36. "MSV Duisburg Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  37. "Bor. M'gladbach F. Düsseldorf". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  38. 1 2 "Performance data for season 76/77". transfermarkt. İstifadə tarixi: 4 fevral 2014.
  39. "Torino Bor. M'gladbach". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  40. "Liverpool Bor. M'gladbach". transfermarkt. 2013-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  41. "Liverpool-Mönchengladbach". UEFA.com. 2017-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  42. "Spielstatistik FC Liverpool - Borussia Mönchengladbach" (alman). fussballdaten.de. 2012-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  43. "Bor. M'gladbach FC St. Pauli". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  44. "Bor. M'gladbach Schalke 04". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  45. "Performance data for season 77/78". transfermarkt. İstifadə tarixi: 4 fevral 2014.
  46. "Performance data for season 78/79". transfermarkt. İstifadə tarixi: 4 fevral 2014.
  47. "Bor. M'gladbach 1.FC Nuremberg". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2014.
  48. 1 2 3 4 5 "Berti Foqtsun 64 yaşı tamam oldu" (azərb.). SİA. 30 dekabr 2010. İstifadə tarixi: 3 fevral 2014.[ölü keçid]
  49. "Vogts: Africans can reach semis". fifa.com. 6 avqust 2007. 2013-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  50. "Berti VOGTS". level-k.com. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2013.
  51. "Berti Vogts" (alman). fussballdaten.de. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2013.
  52. "Berti Vogts". transfermarkt. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  53. 1 2 "Yugoslavia Germany". transfermarkt. 2013-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  54. "Germany England". FİFA. 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  55. "Italy Germany". FİFA. 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  56. "Germany FR - Uruguay". FİFA. 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  57. "Belgium Germany statistika". UEFA.com. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  58. "West Germany - USSR". UEFA.com. 2016-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  59. "Germany FR - Chile". FİFA.com. 2013-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  60. "Australia - Germany FR". FİFA.com. 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  61. "German DR - Germany FR". FİFA.com. 2009-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  62. "Yugoslavia - Germany FR". FİFA.com. 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  63. "Germany FR - Sweden". FİFA.com. 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  64. "Poland - Germany FR". FİFA.com. 2014-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  65. "FutbolPressTV: Dünya Çempionatında ilk qırmızı vərəqə və Berti Foqts" (azərb.). Futbolpress.az. 5 aprel 2013. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  66. "Netherlands - Germany FR". FİFA.com. 2013-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2014.
  67. 1 2 "West Germany - Malta". UEFA.com. 2014-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  68. "Yugoslavia West Germany". UEFA.com. 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  69. "Czechoslovakia - West Germany". 2015-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  70. "Germany Mexico". FİFA.com. 2013-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  71. "Germany Poland". FİFA.com. 2013-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  72. "Germany Tunisia". FİFA.com. 2013-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  73. "Germany Italy". FİFA.com. 2010-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  74. "Germany Netherlands". FİFA.com. 2010-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  75. "Austria Germany". FİFA.com. 2010-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  76. 1 2 3 4 "Berti Foqts bu gün yubileyini qeyd edir" (azərb.). Azerisport.az. 30 dekabr 2011. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  77. Jaroslaw Owsianski. "Hans Hubert Vogts - International Appearances". RSSSF. 25 mart 2005. 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  78. "Berti Foqts AFR-in baş məşqçisi oldu" (azərb.). Lent.az. 20 oktyabr 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  79. "SPIEGEL Interview with Franz Beckenbauer: "Football Has an Incredible Power Beyond Sport"". SPIEGEL Online. 29 may 2006. 30 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  80. "UEFA EURO > 1992 > Matches > Final > Denmark-Germany". UEFA.com. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral.
  81. 1 2 "Another Day, Another Coach Gone:Now It's Vogts". The New York Times. 9 sentyabr 1998. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2011.
  82. "Bulgaria - Germany". FİFA.com. 2010-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  83. "Germany - Croatia". FİFA.com. 2013-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  84. 1 2 "Bu gün Azərbaycan millisinin almaniyalı baş məşqçisi 67 yaşını qeyd edir" (azərb.). Kəpəz TV. 30 dekabr 2013. İstifadə tarixi: 6 fevral 2014.[ölü keçid]
  85. 1 2 ""Bayer" darmadağın oldu, Berti Foqts yada düşdü" (azərb.). Apasport.az. 19 aprel 2011. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  86. 1 2 "Berti Vogts new Kuwait coach" (İng.). soccerway. 15 iyul 2001. 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  87. "All eyes focussed on Berti Vogts". gulfnews.com. 28 yanvar 2002. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  88. "Vogts denies Kuwait rift" (ing.). BBC Sport. 22 yanvar 2002. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  89. "Vogts to be Scotland boss" (ing.). BBC Sport. 21 yanvar 2002. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  90. "The changeling" (ing.). Chicago Tribune Sports. 17 fevral 2002. 2015-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  91. "Wayne Rooney turned down Scotland approach - Berti Vogts" (ing.). BBC Sport. 10 oktyabr 2013. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  92. "Next stop Nigeria for coach hounded out of Scotland" (ing.). The Guardian. 11 fevral 2007. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  93. "Berti Vogts" (ing.). Şotlandiya Futbol Assosiasiyası. 2012-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  94. "Vogts puts back arrival in Nigeria" (ing.). CNN. 28 fevral 2007. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  95. 1 2 Z. Səfərov. "AFFA-nın İcraiyyə Komitəsi Berti Foqtsın lehinə səs verib" (Azərb.). Trend.az. 30 mart 2008. İstifadə tarixi: 6 fevral 2014.[ölü keçid]
  96. "soccerway". soccerway. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  97. "Vogts signs deal to coach Nigeria until 2010" (ing.). German Press Agency. 7 fevral 2007. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  98. "Nigeria coach Vogts steps down" (ing.). DailyMail. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  99. R. Ergün. "Berti Foqts Azərbaycanda futbolun inkişafına dair proqram təqdim edib" (Azərb.). Trend.az. 24 aprel 2008. İstifadə tarixi: 6 fevral 2014.[ölü keçid]
  100. 1 2 "AFFA-nın FOQTSLA SEPARAT MÜQAVİLƏSİ" (azərb.). Futbolpress.az. 20 noyabr 2009. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  101. "Azarkeşlər Foqtsun istefasını istəyir" (azərb.). Azadlıq radiosu. 7 iyun 2009. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  102. "Azərbaycan - İspaniya 0:6" (azərb.). AFFA. 9 iyun 2009. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  103. Mehman Süleymanov. "Berti Foqtsun 3 ili" (Azərb.). Lent.az. 24 noyabr 2010. 2018-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  104. "Berti Foqtsla müqavilənin müddəti 2 il uzadılıb" (azərb.). AFFA. 10 noyabr 2011. İstifadə tarixi: 3 fevral 2014.[ölü keçid]
  105. "AFFA Berti Foqtsla yeni müqavilə imzaladı" (azərb.). Qol.az. 10 noyabr 2011. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  106. "Berti Foqtsun yeni köməkçisi təyin olundu" (azərb.). Milli.az. 27 avqust 2010. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  107. "Foqts futbolçulardan narazılıq etdi" (Azərb.). Milli.az. 4 mart 2010. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  108. "Berti Foqts:"Mən oyundan razı qala bilmərəm"" (Azərb.). Lent.az. 6 fevral 2013. 2013-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  109. "Berti Foqts narazı qaldığı futbolçuları yenidən yığmaya çağırdı" (Azərb.). Lent.az. 4 apre 2011. 2020-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  110. "Berti Foqts Azərbaycan futbolçularını cəsarətsizlikdə suçlayıb" (azərb.). Milli.az. 21 aprel 2011. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  111. ""Təcrübəli futbolçulardan narazı qaldım"" (azərb.). Milli.az. 25 fevral 2012. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  112. "Berti Foqts Azərbaycan himnini niyə öyrənməyəcək?" (azərb.). Milli.az. 9 mart 2012. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  113. "Nazim Süleymanov AFFA ilə müqavilə imzaladı" (azərb.). Milli.az. 13 aprel 2012. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  114. "Elxan Məmmədov: "Stadionda "istefa" qışqıranlar Azərbaycan futboluna qeyri-sabitlik gətirmək istəyirlər"" (azərb.). Milli.az. 27 mart 2013. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  115. "Ruslan Abışov: Azarkeşlərin "istefa" qışqırmaları bizi ruhdan salırdı" (azərb.). APA. 8 iyun 2013. 2013-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  116. "Azarkeşlər Foqtsu 'istefa'ya səslədi: Azərbaycan – Lüksemburq (1:1)" (azərb.). Azxeber.com. 7 iyun 2013. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  117. "Berti Foqts millimizdən imtina etdi" (azərb.). Lent.az. 23 avqust 2013. 2015-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  118. "Berti Foqts: "Azərbaycanda artıq maraq yoxdur, getmək istəyirəm"" (azərb.). Milli.az. 26 oktyabr 2013. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  119. "Berti Vogts 2 yıl daha Azerbaycan Milli Takımında" (türk). 1news.com.tr. 18 dekabr 2013. 2014-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  120. "Berti Foqts Azərbaycan millisindən ayrılıb". AFFA (az.). AFFA.az. 17 oktyabr 2014. 2015-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2014.
  121. "Böyükağa Hacıyev: "Yığmanı artıq özümüzkülərə verməyin vaxtıdı"" (azərb.). Milli.az. 19 iyun 2011. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  122. "İsgəndər Cavadov: "Onu yola salmağın vaxtı çoxdan çatıb"" (azərb.). Milli.az. 3 avqust 2011. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  123. "Azərbaycanlı futbolçu: "Mən onları ermənilər tərəfə keçən əsgərə bənzədirəm"" (azərb.). Milli.az. 25 iyun 2011. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  124. "Kazbek Tuayev: "Foqts pis işlər görməyib"" (azərb.). Milli.az. 30 noyabr 2011. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  125. ""Foqtsun bu vəzifədə fəaliyyətini davam etdirməsi düzgün qərardır"" (azərb.). Milli.az. 30 noyabr 2011. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  126. ""Qurban Qurbanov millidə olsa, Foqtsdan daha yaxşı nəticə göstərər"" (azərb.). Milli.az. 11 yanvar 2012. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  127. "Kamran Ağayev Foqts haqda elə bir açıqlama verdi ki…" (azərb.). Milli.az. 27 mart 2012. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  128. "Xalq artisti: "Uduzanda da kişi kimi uduzmaq lazımdır"" (azərb.). Milli.az. 15 noyabr 2012. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  129. "Fərda: "Bu oyunla Foqts bizi nəinki Braziliyaya, heç Ağsuya da apara bilməz"" (azərb.). Milli.az. 16 noyabr 2012. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  130. "AFFA-nın prezidenti Berti Foqtsu dəstəklədi" (azərb.). Milli.az. 30 mart 2013. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  131. "Kazbek Tuayev: "Foqts 10 xal toplasa da, millidə qalmamalıdı"" (azərb.). Milli.az. 29 avqust 2013. 2013-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  132. ""Foqts, istefa!"" (azərb.). Korner.az. 23 mart 2013. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  133. "Former Germany coach Berti Vogts joins Jurgen Klinsmann's US staff" (azərb.). FoxSports.com. 26 may 2015. 13 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2016.
  134. "Berti Foqts millini tərk etdi". Apasport.az (azərb.). Milli.az. 3 iyul 2014. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2016.
  135. "Nationaltrainer" (alman). DFB. 2012-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2014.
  136. 1 2 3 "Bayer 04 Leverkusen". kicker.de (alman). kicker. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2014.
  137. "Berti Foqtsa aftafa verildi" (azərb.). Milli.az. 5 iyun 2011. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  138. "Foqts gənc yazıçını məhkəməyə verir" (azərb.). Qol.az. 24 fevral 2012. İstifadə tarixi: 8 fevral 2014.[ölü keçid]
  139. ""FOQTSUN GÜNDƏLİYİ" ARANI QATDI" (azərb.). Yeni Müsavat. 25 fevral 2012. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  140. Ramiz Mikayıloğlu. "Berti Foqts "Teonun Mavi Ürəyi" nişanı aldı" (azərb.). Lent.az. 20 sentyabr 2013. 2013-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2014.
  141. "Berti Foqts AFR-in baş məşqçisi oldu" (Azərb.). Lent.az. 20 noyabr 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  142. "Berti Foqts "Əfsanələrin matçı"na dəvət aldı" (Azərb.). Lent.az. 10 noyabr 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  143. "Berti Foqts dünya çempionlarının baş məşqçisi kimi də bacarmadı" (Azərb.). Lent.az. 22 noyabr 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]