1984 UEFA Avropa Çempionatı Finalı UEFA Avro 1984 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə iyunun 27-də Fransanın paytaxtı Parisdə yerləşən Park des Prens stadionunda keçirilmiş final matçı. Finalda turnirin ev sahibi və bir çoxlarına görə Avropanın ən yaxşı komandası olan Fransa ilə turnirə vəsiqə qazanmaq üçün seçmə mərhələnin son matçında Maltanı 12-1 hesabı ilə məğlub edən İspaniya millisi qarşılaşırdı.