2001 Aralıq dənizi Oyunları — 2001-ci ilin 2–15 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş on dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 23[1] ölkədən 3041 atlet iştirak etmişdir. Bu oyunlar Tunisdə, həm də eyni şəhərdə 1967-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Beləliklə də Tunis şəhəri Aralıq dənizi Oyunlarına iki dəfə ev sahibliyi etmiş ilk və hələlik yeganə şəhər tituluna sahib olmuşdur.