2009 Bədii gimnastika üzrə Avropa Çempionatı

Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir.

2009 Bədii gimnastika üzrə Avropa Çempionatı
Tarix 2009
Rəsmi açılış edilib 15 may 2009
Rəsmi bağlanış edilib 17 may 2009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İştirakçılar

[redaktə | mənbəni redaktə et]

Yarışa 32 ölkədən 186 gimnast qatımışdır.

Fərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı.

Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb.

Ev sahibinin nəticələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib. İki il öncə Bakıda Avropa çempionu olmuş Qarayeva fərdi yarışlarda medalsız qalıb. Aliyə 4-cü (halqa və lent), 5-ci (top) və 8-ci (ip) pillədə qərarlaşıb.

Yeniyetmələrdən ibarət milli komanda da uğurla mübarizə aparıb. Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmovadan ibarət kollektiv gümüş medala yiyələnib.