Heydər Əliyev adına İdman-Konsert Kompleksi

Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri.[1]

Heydər Əliyev adına İdman-Konsert Kompleksi
Heydər Əliyev adına İdman-Konsert Kompleksi
Xəritə
40°23′30″ şm. e. 49°49′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Nəsimi rayonu
Şəhər Bakı
Yerləşir Abşeron
Tikilmə tarixi 1977 - 1990
Aidiyyatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Memar Yuzef Qədimov
Tələt Xanlarov
Tahir Abdullayev
Memarlıq quruluşu Modern
Heydər Əliyev adına İdman və Konsert Kompleksi (Bakı)
Heydər Əliyev adına İdman və Konsert Kompleksi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir.

Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.

Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur.[1]

İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə Ümummilli lider Heydər Əliyevin adı verilib.

Gənclər və İdman Nazirliyinin qərarı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksi 2009-cu ilin yekunlarına görə ilin ən yaxşı idman qurğusu elan edilib.

Kompleksin struktur mühəndisi G.İ.Belidir.[2]

2009-cu ildə kompleks qeyri-müəyyən müddətə təxirə salınan Üçüncü Avroviziya Rəqs Müsabiqəsi[3] üçün də seçilib.[4]

Bakıda keçirilmiş I Avropa Oyunları ərəfəsində əvvəlcə 2014-15-ci illərdə yenidən qurulmuş[5], bu vaxt və 2017-ci ildə yenə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında bir müddət Heydər Əliyev adına İdman Arenası[6][7][8] adlandırılıb.

Əlamətdar idman hadisələri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "Heydər Əliyev adına İdman Konsert Kompleksi" (az.). https://www.mys.gov.az. Archived from the original on 2022-08-07.
  2. "Radical renovation to make Heydar Aliyev Sports and Exhibition Complex sparkle". www.insidethegames.biz. 18 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2014.
  3. Bakker, Sietse. "Dance Contest 2009 to Baku, Azerbaijan". European Broadcasting Union. 2009-02-02. 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-28.
  4. Bakker, Sietse. "3rd Eurovision Dance Contest postponed to 2010". European Broadcasting Union. 2009-05-28. 2009-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-28.
  5. "Arenadakı dəyişiklik hər kəsi təəccübləndirdi – Dopinqə xüsusi nəzarət olacaq – FOTOLAR". publika.az (az.). 2015-05-14. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
  6. "Heydər Əliyev adına İdman Arenası Avropa standartlarına uyğun yenidən qurulur". Azərtac. 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
  7. "Cüdo-Final (Heydər Əliyev Adına İdman Arenası)". Amerikanın səsi (az.). 2015-06-25. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
  8. "İslamiada: VII yarış günündə 10 idman növü üzrə yarışlar keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]