2011 KONKAKAF Qızıl Kuboku (ing. 2011 CONCACAF Gold Cup) — 2011-ci ilin 5 – 25 iyun tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca on birinci KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi final matçında ABŞ milli futbol komandasını 4–2 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.