2017 Tehran hücumları — 7 iyun 2017-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində baş vermiş terror hadisələri.
2017 Tehran hücumları | |
---|---|
Hücum yeri |
Tehran, İran |
Hücum hədəfi |
İslam məşvərət şurası İmam Xomeyni türbəsi |
Vaxt |
7 iyun, 2017 (10:50) (yerli vaxtla) |
Silah | Avtomat silahlar |
Həlak olanlar | 19+ (12 qurban, 7 terrorçu) |
Yaralılar | 38+ [1] |
Təşkilatçılar | İraq Şam İslam Dövləti (ehtimal)[2][3] |
Vikianbarda əlaqəli mediafayllar |
İlk hücum iyunun 7-də səhər saatlarında İran parlametinə edilmiş, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə silahlanmış şəxs parlamentin binasına daxil olaraq atəş açmışlar[4].
Daha sonra Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə də silahlı hücum edilmişdir[4]. Fars Xəbər Agentliyinin məlumatına görə parlametə edilən hücum zamanı bir nəfər parlamentin işçisi həlak olub. İmam Xomeyni türbəsində törədilən hücum da isə azı beş nəfər yaralanıb.[5][6][7][8]