İmam Xomeyni türbəsi

İmam Xomeyni türbəsi (fars. حرم سید روح‌الله خمینی‎) - İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən türbə kompleksidir. Türbənin tikintisinə 1989-cü ilin 19 iyul tarixində memar Pərviz Moyyadın layihəsi əsasında başlanılmış və tikinti işləri 1992-ci ilin 2 iyun tarixində yekunlaşdırılmışdır. İmam Xomeyni türbəsi adından da göründüyü kimi İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu Ruhullah Xomeyninin məzarı üzərində inşa edilmişdir.

İmam Xomeyni türbəsi
آرامگاه سید روح‌الله خمینی
Xəritə
35°32′57″ şm. e. 51°21′59″ ş. u.
Ölkə
Yerləşir Tehran
Tikilmə tarixi 1989
Üslubu islam memarlığı
Hündürlüyü 91 m
Material beton, mərmər
Rəsmi sayt astaan.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türbədə Ruhullah Xomeyni və onun ailəsi, eyni zamanda İran İslam Respublikasının keçmiş prezidenti olan Əli Əkbər Haşimi Rəfsəncani və başqa siyasətçilərin məzarları vardır. Türbə Tehran şəhərinin cənubunda Beheşte- Zəhra məzarlığındadır. Türbə İran İslam İnqilabınınİranın Ali Dini Lideri Ruhullah Xomeyninin 3 iyun 1989-cu ildə ölümündən sonra tikilməyə başlanmışdır.

Tikinti işləri hələ də davam etdirilən bu türbə tikilib qurtarandan sonra təxminən 20km²-lik bir sahəyə, turizm və mədəniyyət mərkəzinə, İslam dini ilə bağlı araşdırmalar Universitetinə, alış-veriş mərkəzinə çevriləcək. Həmçinin türbənin 20.000 avtomobillik bir avtodayanacağa sahib olması da planlaşdırılmışdır. İran hökuməti bu məqsəd ilə 2 milyard ABŞ dolları həcmində maliyyə ayırmağı planlaşdırır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]