Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
20 il. Müstəqillik 11 seriyalı sənədli televiziya filmi 2001-ci ildə rejissorlar Arzu Məhərrəmov, Abıl Məmmədov və Ramiz İsmayılov tərəfindən Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Burada 20 il ərzində tariximizdə baş verən əhəmiyyətli hadisələr vərəqlənir və neft-qaz sənayesində, energetika sahəsində, aqrar-sənaye kompleksində, xarici siyasətdə, mətbuatda, iqtisadiyyatda, ordu quruculuğunda, regionların sosial-iqtisadi inkişafında, təhsil, səhiyyə və idman sahələrində görülən işlər əks etdirilir.
20 il. Müstəqillik | |
---|---|
Janr |
sənədli tarixi |
Rejissorlar |
Arzu Məhərrəmov Abıl Məmmədov Ramiz İsmayılov |
Ssenari müəllifi | Arif Alışanov |
İstehsalçı | Azərbaycan televiziyası |
İlk baxış tarixi | 3 oktyabr 2011-17 oktyabr 2011 |
Filmin növü | çoxseriyalı sənədli televiziya filmi |
Müddət | 30-80 dəq. (təxminən) |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Bölüm sayı | 11 |
Rəng | rəngli |
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.[1]
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Film Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Burada 20 il ərzində tariximizdə baş verən əhəmiyyətli hadisələr vərəqlənir və neft-qaz sənayesində, energetika sahəsində, aqrar-sənaye kompleksində, xarici siyasətdə, mətbuatda, iqtisadiyyatda, ordu quruculuğunda, regionların sosial-iqtisadi inkişafında, təhsil, səhiyyə və idman sahələrində görülən işlər əks etdirilir.
Ssenarist: Arif Alışanov
Rejissor: Arzu Məhərrəmov, Abıl Məmmədov, Ramiz İsmayılov
Azərbaycan filmlərinin siyahısı
2011-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı