28 May — Azərbaycan Respublikasınnın Binəqədi rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 may 2004-cü il tarixli, 674-IIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsi Xocasən qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 28 May qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsindən 254 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir.[3]
28 May | |
---|---|
40°27′43″ şm. e. 49°38′18″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Qəsəbənin bir hissəsi XX əsrin 90-cı illərində Xocəsən qəsəbəsinin inzibati ərazisinə daxil olmuşdur. 2003-cü ildə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur. 2004-cü ildə 28 May qəsəbə inzibati vahidi yaradılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2004-cü ildən fəaliyyətə başlamış, işçilərin sayı 4 nəfərdir.[4]
Qəsəbə rayon mərkəzindən 20 km aralı, Abşeron yarımadasının qərbində yerləşir.
Qəsəbədə yaşayan əhalinin sayı 7011 nəfər (01 yanvar 2013), qeyri rəsmi (qeydiyyatsız yaşayan) 10.000 nəfər təşkil edir.
Əhalisi əsasən kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları emalı müəssisələrində və sosial obyektlərdə çalışır.[5]
Qəsəbədə 329 saylı 120 yerlik uşaq bağçası, 306 saylı 507 şagird yerlik orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |