Sulutəpə — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbə inzibati-ərazi vahidinin Sulutəpə qəsəbəsi Xocəsən qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən 208 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir.[3]
Sulutəpə | |
---|---|
40°26′00″ şm. e. 49°46′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Sulutəpə 1999-cu ildə qəsəbə statusu alıb.[4]
Sulutəpə qəsəbəsi Abşeron yarımadasının qərbində, Xırdalan şəhəri yaxınlığında yerləşir.
Əhalisi 17,9 min nəfərdir.
Əhalisi əsasən sənaye müəssisələrində və kənd təsərrüfatında çalışır. Sosial obyektləri vardır.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |